Icma.az
close
up
RU
Çin istehsalı oyuncaqlar uşaqlarımızı aqressiv edir

Çin istehsalı oyuncaqlar uşaqlarımızı aqressiv edir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Hazırlandığı materialların zərərləri öz yerində, uşaqların psixologiyasına da mənfi təsir göstərir 


“Bizim xalqın nağıllarında, dastan və əfsanələrdə qəhrəmanlar, müsbət obrazlar var. Niyə bu obrazlarla oyuncaqlar istehsal olunmur?” 


Labubu, Kroumi, “Hagi-vagi” “maymelodi” vaxtilə populyar olan Betmen, “hörümçək adam”, Şrek, “Ben on”, hətta “barbilər”i də sıradan çıxardı. Zamanında bu sonuncular da bizim sevimli oyuncaqları sıxışdırmışdı. Hər dövrün öz oyuncaqları var. Bu, belədir. Fəqət, baxır oyuncağın daşıdığı mənaya, aşıladığı hisslərə. Xəbər verilir ki, 30 dollarlıq Labubu oyuncağı “Pop Nart” şirkətinin qurucusu Vang Ningə 21.4 milyard dollar qazandırıb. Oyuncaqda fərasətə bax ha!.. 

Fərasət oyuncağa deyil, bəlli, onu populyarlaşdırana aiddir. Bu oyuncağın qeyri-adi, xüsusilə göz oxşayan, sevilə bilən bir yönü də yoxdur. Sovet “Çeburaşka”sının bir qədər fərqli modelidir. Zəmanəyə uyğundur, sadəcə; bilinməyən, müəmmalı, qeyri-ciddi, heç bir məna, özəllik daşımayan. Uşaqlar niyə sevir bu Labubunu? Məsələ sevgidə deyil. Məsələ reklamdadır. Bu oyuncağın sahibi onu dünya məşhurlarının reklam etməsinə nail olub. Bildirilir ki, dünya pop-ulduzu Rihanna, Dua Lipa, məşhur tennisçi Naomi Osaka bu oyuncaqdan alıb, istifadə ediblər. Biri çantasından asıb, biri əlində tutub və sair, beləcə Labubu da məşhurlaşıb. Və gəlib çıxıb Azərbaycana. Uşaqların çoxu bu oyuncaqdan alınmasını istəyir. Məktəbə ayaq açan uşaq “labubulu” su, yemək qabı, çanta istəyir. İstəyir ki, dəftərin üzərində labubunun, ya da Kroumi və başqa əcnəbi oyuncaqların şəkli olsun. “Labubulu dəftər niyə almadın?” deyib ayağını yerə döyən, göz yaşı tökən uşaqlar da var. Qayıdırıq, əbədi problem mövzuya: o labubudan bizdə niyə yoxdu? “Bəyin oğurlanması”nda əjdaha axtarırdılar, biz də Labubu axtarırıq. 


Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, oyuncaqlar uşaqların ən sevimli əyləncəsidir. Saatlarla onlarla vaxt keçirir, təmasda olurlar. Oyuncaqların xarakterinə uyğun olaraq öz kiçik dünyalarını qururlar. Bu məsələdə böyüklərdən çox şey asılıdır: 

- Valideyn övladına oyuncaq seçərkən diqqətli olmalıdır. Çünki oyuncaq həm də uşaqların tərbiyəedicisidir. Valideynlər bilməlidir ki, oyuncaqlar uşaqların xarakterini formalaşdırır. Uşaqlar izlədikləri cizgi filmlərinin qəhrəmanlarını həm də oyuncaq kimi də istəyirlər, arzulayırlar. Cizgi filmi qəhrəmanı müsbət obrazdırsa, uşağın hafizəsində yaxşı iz buraxırsa, onun alınması uşağın tərbiyəsində, formalaşmasında müsbət rol oynayacaq. Amma cizgi filmi personajı dəhşət saçırsa, qorxu, qan, müharibə, zorakılıq, qayda-qanunlara hörmətsizliyi təbliğ edirsə, bu cür oyuncaqlar uşaqların formalaşmasını yanlış istiqamətə yönləndirir, uşaqların psixologiyasına mənfi təsir göstərir. Birinci gərək valideyn özü baxsın, izləsin cizgi filmini, onun hansı missiya daşıdığını görsün, müsbətdirsə, övladına ona baxmağa icazə versin, şərait yaratsın. Televizoru açıb uşağı ekran qarşısında əyləşdirmək, “nəyə istəyir, baxsın qoy”, vəziyyəti yaratmaq yanlışdır. Uşaq seçim edə bilməz, nə yaxşıdır, nə pis. Onun təfəkkürü hələ buna hazır deyil. Uşağın beyni ağ səhifədir. Ora ilk öncə nə yazılsa, uşağın fikri ona cəmlənəcək. Zorakılıq təbliğ edən cizgi və digər filmlər, kompüter oyunları, böyüklərin məsuliyyətsiz davranıb uşaqların əlinə verdikləri smartfonlara yüklənmiş aqressiv internet oyunlarıdır uşaqlarımızı aqressivləşdirən. Bağçaya gedən uşaq zorakılıqdan danışır, bir başqasına zor tətbiq edir, məktəbli çantasında, cibində bıçaq məktəbə gəlir. Bəzi valideynlərsə bununla öyünür, sevinir, gülür. Nəzərə almırlar ki, bu günün saxta sevinci sabahın real faciəsi olacaq. Bəzi uşaqların psixologiyasına ciddi şəkildə mənfi təsir göstərir aqressiv oyuncaqlar. Uşaqlarda stress, həyəcan formalaşır, tez-tez ağlayırlar, otaqda tək qalmağa qorxurlar, yatanda istəyir anası, atası, böyüklərdən kimsə yanında olsun. Hətta olqunlaşmış insanlar da qorxu filmlərinə baxdıqda həyəcanlanır, filmdə izlədiyi hadisənin real həyatda da baş verə biləcəyindən qorxu hissi keçirir, stressə düşürlər. Kiçik yaşlı uşaqlar daha tez həyəcanlana, psixoloji sarsıntı keçirə bilər. 


Sosioloq qeyd etdi ki, son illərdə çin istehsalı oyuncaqlar bazarı zəbt edib. Hazırlandığı materialların zərərləri öz yerində, uşaqların psixologiyasına da mənfi təsir göstərir bu oyuncaqlar: 

- Bizim xalqın nağıllarında, dastan və əfsanələrdə qəhrəmanlar, müsbət obrazlar var. Niyə bu obrazlarla oyuncaqlar istehsal olunmur? Bu obrazları ancaq sərgilərdə, muzeylərdə, uşaq teatrlarında görə bilirik. Kütləvi istehsal yoxdur. Milli oyuncaqlarımız, milli cizgi filmlərimiz istehsal olunmalıdır. Hansı ki, dostluğu, saf məhəbbəti, səmimiyyəti, anaya, ataya, böyüklərə hörməti, qoçaqlığı, hazırcavablığı təbliğ edirlər. Ümumən milli dəyərlərimizi təbliğ edən filmlər və oyuncaqlarımız olmalıdır. Heç bir zahiri gözəlliyi, ürəyəyatımlığı, xoş görünüşü olmayan “Hagi-vagi” kimi eybəcər oyuncaqlar uşaqlarımıza hansı müsbət hisslər aşılayacaq?  


M.Məmmədova uşaqlara oyuncaq seçərkən cins və yaş kateqoriyasının da mütləq nəzərə alınmalı olduğunu dedi: 

- Bəzən görürsən ki, oğlan uşağına daha çox qızlara mənsub ola biləcək oyuncaq alınıb, ya da əksinə. Valideynlər hansı oyuncağın hansı əlamət, nə kimi məna daşıdığına fikir verməli və övladlarına oyuncaq hədiyyə edərkən bunu nəzərə almalıdırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri