Icma.az
close
up
RU
Bir azdan bütün maşınlar Çin istehsalı olacaq...

Bir azdan bütün maşınlar Çin istehsalı olacaq...

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qan Turalı yazır...

Bütün dünyanın diqqətinin ABŞ-yə, onun yeni prezidentinə yönəldiyi bir zamanda Çində maraqlı hadisələr baş verir. Və bu maraqlı hadisələr Çinin sərhədlərində itib qalmır, onun təsiri Avropa, Amerika başda olmaqla bütün dünyaya yayılır.

Məlum olduğu kimi avtomobil sənayenin ən əsas faktorlarından biri, bir çox ölkələr, misal üçün Almaniya üçün birincidir. Rəqəmlərə diqqət edək, ötən il dünyada 17 milyon elektrikli avtomobil satılıb. Bu avtomobillərin 60 faizi Çin istehsalıdır. Bütün dünyada satılan elektromobillərin batareyalarının 80 faizi Çin malıdır.

Elektromobillərin bazara çıxdığı ilk günlərdən dominantlıq edən "Tesla" isə öz taxtını Çin şirkəti "Build Your Dreams"ə (BYD) verməyə məcbur oldu. Şirkətlərin siyahısında da BYD liderlik edir. Göründüyü kimi, Çin bazarda çox böyük üstünlük qazanıb və Çinin bu üstünlüyü gələcək illərdə əzici bir bazar payına qədər gedib çıxa bilər. Hərçənd, 60 faizin özü də kifayət qədər böyük rəqəmdir.

Ancaq burada başqa bir məsələ də var. Keçmiş texnologiya, yəni daxiliyanma mühərriki ilə çalışan maşınlar məsələsi... 2024-cü ilin statistikası tam bəlli olmasa da 2023-cü ildə 83 milyon belə maşın satılıb.

Göründüyü kimi, ümumi payda elektromobillərin payı 20 faizə qədərdir. Və bu 20 faizin əksər hissəsi Çinin payına düşür. Ancaq bu yanıldıcı bir statistikadır. Çünki dünya sürətli elektriklə işləyən maşınlara doğru yönəlir. Yəqin 30 ildən sonra daxiliyanma mühərriki ilə işləyən avtomobil qalmayacaq. Başqa sözlə desək, elektromobillərin krallığı qurulacaq. Taxtda isə kimin oturacağı indidən bəllidir.

Yuxarıda da qeyd edildiyi kimi, avtomobil istehsalı sənayenin aparıcı hissələrindən biridir. Rəqəmlərə nəzər salaq, 2019-cu ildə bu sektorun ümumi həcmi 4.7 trilyon dollar həcmində idi. 2030-cu ildə isə bu rəqəmin 8 trilyon olacağı gözlənilir.

2024-cü ildə ABŞ-nin ümumi daxili məhsulu (ÜDM) 28, Çində isə 18 trilyon dollar idi. Avtomobil sektorunun liderləri olan və dünya sıralamasında ABŞ və Çindən sonra gələn Almaniya və Yaponiyanın ÜDM-inə nəzər salaq: Almaniya: 4.46 trilyon dollar, Yaponiya isə 4.02. Göründüyü kimi avtomobil sektoru bu ölkələr üçün həyati əhəmiyyət daşıyır. Buradan da Çinin yüksəlişinin ABŞ başda olmaqla Almaniya və Yaponiyaya və eləcə də digər avtomobil istehsalçılarına nə qədər ziyan vurduğu da məlum olur.

Bütün bu mənzərəyə nəzər saldıqda, Trampın nəyə görə Çinə ticarət müharibəsi aparmağının səbəblərini də aydın şəkildə başa düşmək olar. Bu ticarət savaşının uğurla nəticələnib nəticələnməyəcəyini demək isə çətindir. Burada bir rəqəmi də xatırlatmaq yerinə düşər. Belə ki, 2024-cü ildə Çin ABŞ-yə 500 milyard dollardan çox məhsul ixrac edilib. Almaniyanın ixracatı isə bu rəqəmin təxminən üçdəbirini təşkil edir.

Yaxın dövrlərə qədər avtomobil istehsalında Çin son dərəcə zəif və əhəmiyyətsiz rəqib idi. Onlar da bu sahəyə girməyə can atsalar da, buna müvəffəq ola bilmirdilər. Səbəb də sadə idi, belə ki, ABŞ, Almaniya, Yaponiya bu sahənin liderləri idi. Onlarla rəqabət aparmaq mümkünsüz sayılırdı. Çin onlarla rəqabətə girə bilməyəcəyini çox asanlıqla başa düşdü və kartlarını elektrikli maşınlara oynadı. Ancaq bu, bir gündə olmamışdı.

Çin planlı iqtisadiyyat sistemi ilə idarə olunur. Hələ 2001-ci ildə açıqlanan yeni beşillik planda elektrikli maşınların istehsalı prioritet kimi qəbul olundu. 2007-ci ildə isə həyatdakı ən ali məqsədi elektrikli maşın istehsalı olan Van Qanq adlı entuziazmlı və idealist bir mühəndis Çinin elm və texnologiya naziri vəzifəsinə təyin olundu. Həmin il "Tesla" ilk avtomobilini bazara çıxartmışdı. Çin bu illər ərzində rəqiblərinin etmədiyini etdi, bu sahəyə 22 milyard dollardan çox vəsait xərclədi. İlk abzasda göstərdiyimiz rəqəmlər məhz bu siyasətinin əməli nəticəsidir.

Yaxın gələcəkdə dünyadakı bütün maşınlar Çin istehsalı ola bilər. Hərçənd rəqiblər Çinin bu inhisarının qarşısını almaq üçün səylə çalışırlar. Bir az geciksələr belə onların Çinə cavabı maraqlı olacaq. Bir sözlə, bizi yaxın dövrdə avtomobil sektoru uğrunda böyük rəqabət gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Mart 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri