Çin lideri ABŞa ŞƏRT QOYDU: Ölkələr ortaq nöqtələr axtarsalar...
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Çin ABŞ-la sabit və sağlam münasibətlərin inkişafının tərəfdarıdır.
Publika.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Limada APEC sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə keçirilən görüşdə deyib.
Görüş barədə açıqlama yayan Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin və ABŞ iki böyük dövlətin qarşılıqlı əlaqəsi üçün düzgün yolu tapmağa davam etməlidir. Pekin münasibətlərin sabitləşməsi istiqamətində dialoqu davam etdirməyə, əməkdaşlığı genişləndirməyə hazırdır.
Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında ziddiyyətlər və fikir ayrılıqları qaçılmazdır, lakin onlar bir-birinin əsas maraqlarına xələl gətirməməli, münaqişə və qarşıdurmalardan bəhs etməməlidirlər.
“Əgər iki ölkə tərəfdaş olsalar və fikir ayrılıqlarını qoruyaraq ortaq nöqtələr axtarsalar, Çin-ABŞ münasibətlərində əhəmiyyətli irəliləyiş əldə edilə bilər”, - deyə Çin lideri vurğulayıb.
Baxış sayı:56
Bu xəbər 17 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















