Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi nədir?
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Həşmətullah Fəlahətpişə deyib.
Sabiq deputat bildirib ki, bu görüş Si Cinpinin ABŞ-yə səfərindən əvvələ təsadüf edib və çinli rəsmilər İranla münasibətlərin ölkələrinin qlobal siyasətinə və digər dövlətlərlə əlaqələrinə təsir etməyəcəyini göstərmək istəyiblər: “Əslində, Çin İranın ABŞ-yə qarşı hazırkı siyasətinin davam etməsindən faydalanır və onu Vaşinqton qarşısında özünün “səngər”i kimi görür”.
Fəlahətpişə xatırladıb ki, Çin-ABŞ iqtisadi əlaqələrin həcmi Pekin-Tehran iqtisadi əlaqələrindən 60 dəfə, Çinlə Səudiyyə Ərəbistanı arasındakı iqtisadi əlaqələrin həcmi isə İranla əlaqələrdən 10 dəfə çoxdur.
“Çin İrandan fərqli olaraq bəzi ölkələri və ya xarici əlaqələri dəyişdirilməsi mümkün olmayan məsələyə çevirmir və Tehranla münasibətlərini də sabit strateji tərəfdaşlıq çərçivəsində müəyyənləşdirməyib”, - iranlı siyasətçi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















