Icma.az
close
up
RU
Çin neyroşəbəkəsinin gizli təhdidi

Çin neyroşəbəkəsinin gizli təhdidi

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Estoniya kəşfiyyatının məlumatına görə, bu məqsədə çatmaq üçün istifadə edilən vasitələrdən biri də sürətlə bütün dünyaya yayılan Çinin “DeepSeek” Sİ sistemidir.
“Estoniyanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi zamanı ‘DeepSeek’ əsas məlumatları gizlədir və cavablarına Çin təbliğatını əlavə edir”, – xəbərdə deyilir.
Qərbdə çoxları hesab edir ki, “DeepSeek”in təhrifləri Tibet, insan haqları, Tayvan, Tyananmen meydanındakı etirazlar və uyğurlar kimi məsələlərlə məhdudlaşır. Bununla belə, reallıq daha mürəkkəbdir.
- Estoniya ilə bağlı mövzuları təhlil edərkən aydın bir alqoritmik nümunə ortaya çıxır: uzaq tarixi keçmişə aid suallara ‘DeepSeek’in cavabları neytraldır. Lakin müasir dövrə yaxınlaşdıqca cavablar getdikcə daha ideoloji, yayındırıcı və qeyri-şəffaf olur”, – Estoniya kəşfiyyatı vurğulayır.
Məsələn, Estoniya Xarici İşlər Nazirliyinin Çini nə vaxtsa tənqid edib-etmədiyini soruşsanız, “DeepSeek” qarşılıqlı faydalı ikitərəfli əlaqələr haqqında diplomatik, cilalanmış bəyanat verəcək. Heç bir tənqid qeyd olunmur. Lakin Qərbin Sİ sistemləri son illərdən konkret misallar gətirir.
“DeepSeek”in senzuraya məruz qalan informasiya məkanı təhlükə yaradır. Risklər Çinlə bağlı həssas daxili məsələlərdən qaçmaq çərçivəsindən də kənara çıxır: bunlara həmçinin Estoniyanın təhlükəsizliyi üçün kritik olan məlumatların yatırılması və rəsmi Çin təbliğatının təşviqi də daxildir.
Birlikdə götürüldükdə, bu nəticələr göstərir ki, Pekin Qərbin informasiya məkanına Çinin formalaşdırdığı təhrif olunmuş dünyagörüşünü yeritməyə çalışır.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see367

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see324

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see297

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see285

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see284

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see282

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see272

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see245

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see226

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see225

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see224

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see221

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? Video yayıldı

21 İyun 2026 17:42see200

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see194

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see183

Noyer dünya çempionatında rekorda imza atdı

21 İyun 2026 01:37see178

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see174

Livanda ölənlərin sayı 4057 nəfərə çatdı

21 İyun 2026 01:07see166

“Müttəfiqlər qurbanı öyrədir“ Ukrayna və Qərb arasında tarixi yaddaş və siyasi gərginlik“ Ramiz Yunus

21 İyun 2026 19:51see164

Haaland üçün xüsusi plan yoxdur Seneqal Norveçi gözləyir

22 İyun 2026 01:33see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri