Çin pakistanlı astronavtı kosmik stansiya missiyasına göndərəcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
İslamabad, Hilal Əhməd, 30 oktyabr, AZƏRTAC
Çin ölkənin kosmik stansiya missiyalarının bir hissəsi olaraq həmin heyətə qısa müddət üçün pakistanlı astronavtı göndərmək niyyətində olduğunu açıqlayıb. Pakistandan olan astronavt Çin astronavtları ilə birlikdə təlim keçəcək.
İki pakistanlı astronavt Çin astronavtları ilə birlikdə təlim keçəcək. Daha sonra onlardan biri qısamüddətli kosmik uçuş missiyasında yük mütəxəssisi kimi iştirak etmək üçün seçiləcək.
AZƏRTAC xəbər verir ki, Çinin Pilotlu Kosmik Proqramının (CMSA) sözçüsü Çjan Cinqbo hazırda Aya insan göndərmək üzrə tədqiqat və inkişaf işlərinin hər bir proqramının problemsiz irəlilədiyini söyləyib. O əlavə edib ki, Çin 2030-cu ilə qədər Aya insan göndərməkdə qətiyyətlidir.
Bu missiya Pakistan-Çin elmi əməkdaşlığında irəliyə doğru böyük bir addımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 30 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















