Icma.az
close
up
RU
Çin Rusiya neftindən geri çəkilir ŞƏRH 

Çin Rusiya neftindən geri çəkilir ŞƏRH 

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır

Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə Çindən asılılığı artır. Rusiya Qərbə sata bilmədiyi yeraltı resurslarını Çinə satır, Qərbdən ala bilmədiyi texnologiyaları Çindən alır. Rusiyanın baş naziri Mixail Mişustin Pekində Çin lideri Si Cinpinlə birgə kommünike imzalayıb.

Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq şəkildə cavab verməyə davam edəcəklər. Sənəddə əməkdaşlığın bütün sahələrini əhatə edən bəndlər var. Birincisi, Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin təftiş olunmasına və tarixinin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün birgə işləyəcəklərini bəyan ediblər. İkincisi, Rusiya bir daha Tayvanın ayrılmaz hissəsi olduğu və "vahid Çin" prinsipinə sadiqliyini təsdiq edib. 

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, bu bəndin sənədə salınması sual doğurur. Ekspert vurğulayıb ki, Rusiya onsuz da illərdir Tayvan məsələsində Çinin mövqeyini dəstəkləyir:

"Görünür, Kreml bu bəndin sənəddə yer almasına ona görə ehtiyac duyub ki, Pekin də Rusiyanın maraqlarına cavab verən digər bəndin sənəddə yer almasına razılaşsın. Bəndlərin birində Çinin Rusiyanın təhlükəsizliyin, sabitliyin və suverenliyin təmin edilməsi səylərini dəstəklədiyi bildirilib. Heç bir ölkə Rusiyaya hücum etməyib. Əksinə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Belə çıxır ki, Pekin Rusiyanın “təhlükəsizliyi və suverenliyinin təmin edilməsi” bəndi çərçivəsində bu ölkənin işğalçı müharibəsini dəstəkləyir. Halbuki, Pekin Rusiya-Ukrayna müharibəsinin uzanmasından narahat olmağa başlayıb. Çünki, bu müharibə Çinin iqtisai maraqlarına mənfi təsir edir". 

Analitik hesab edir ki, Rusiyanın və Çin fəaliyyətlərinin siyasiləşdirilməsinə qarşı çıxmaq üçün beynəlxalq təşkilatlarda əməkdaşlığı davam etdirmək barədə razılığı bəndində yeni heç nə yoxdur:

"Rusiya və Çin başda BMT olmaqla müxtəlif beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılam məsələlərdə ortaq mövqedən çıxış edirlər. Rusiya və Çinin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğunu göstərən bəndin sənədə salınması da maraq doğurur. Çünki, Rusiya və Çin bu iki təşkilat yarandığı gündən bəri vahid mövqedən çıxış edirlər. Sənəddə diqqət çəkən bəndlərdən biri Rusiya və Çinin Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətin bütün sahələrində əlaqələrin dərinləşdirilməsi, ay stansiyasının tikintisi layihələrini dəstəkləmək və ayın tədqiqat missiyalarını əlaqələndirmək barədə razılığa gəlməsi barədədir. Rusiya və Çinin son illərdə Arktikaya marağı artır. Hər iki ölkə Arktikanın resurslarını əldə etməyə çalışır".

E.Şahinoğlu əlavə edib ki, Rusiya və Çinlə arasında imzalanan sənəddə xüsusi heç nə yoxdur:

"Mixail Mişustinin Pekinə səfəri Çin lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşündən bir neçə gün sonraya təsadüf edib. Kreml Pekinin Vaşinqtonla yaxınlaşa biləcəyindən narahat olduğuna görə Mixail Mişustini Pekinə səfərinə və birgə kommünikeyə ehtiyac duyub. Halbuki, rusiyalı iqtisadi ekspertlər Çinin başqa ölkələrə müqayisədə Rusiyada yatırımlarının az olduğunu vurğulayırlar. Çünki, Pekin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından ehtiyat etdiyinə görə qonşu ölkəyə böyük yatırımlar həyata keçirməyi lazım bilmir. Bu arada, ABŞ-ın Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyalar tətbiqindəndən sonra Çinin neftayrıma zavodlarının Rusiya neftinin alışını azaltmağa başlaması barədə xəbərlər yayılmağa başlayıb".

İsmayıl 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri