Çin sədri bütün ölkələri tarixin dərslərini yadda saxlamağa çağırıb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pekində İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş paradda Çinin sədri Si Cinpin bütün ölkələri və xalqları tarixin dərslərini yadda saxlamağa və bir-birinə bərabərhüquqlu davranmağa çağırıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, o, bu gün dünya ölkələrinin sülh və müharibə, dialoq və ya münaqişə kimi ziddiyyətlər arasında seçim etməli olduğunu bildirib.
Onun sözlərinə görə, Çin xalqı tarixi həqiqəti qətiyyətlə müdafiə edir, tarixi tərəqqi və sivilizasiyanın keşiyində dayanır, sülhsevər inkişaf yolu ilə inamla gedir:
"Tarix insanlara xatırladır ki, bütün dünya ümumi maraqlar və ortaq tale ilə bağlıdır. Yalnız müxtəlif ölkələr və xalqlar bir-birinə bərabərhüquqlu münasibət bəslədikdə, sülh və harmoniyada yaşadıqda ümumi təhlükəsizlik maraqlarını qoruya, müharibənin mənbəyini kökündən kəsə və tarixi faciənin təkrarlanmasının qarşısını ala bilərlər".
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 03 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















