Çin Sədri Si Cinpin Donald Trampın dəvətini qəbul etdi
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"Çin Xalq Respublikasının Sədri Si Cinpin payız fəslində ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında ABŞ-yə dövlət səfəri həyata keçirəcək".
Moderator.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti qurumun rəhbəri Van İnin sözlərinə istinadən məlumat yayıb.
Çinli nazir Donald Tramp və Si Cinpin arasında baş tutan danışıqlara da münasibət bildirib.
"Görüş rəsmi danışıqlardan, salamlama ziyafətindən, eləcə də kiçik qruplar çərçivəsində fikir mübadiləsi və müxtəlif ziyarətlərdən ibarət olub. İki dövlət başçısı birlikdə təxminən doqquz saat vaxt keçiriblər", - deyə açıqlamada qeyd olunub.
Van İn bildirib ki, iki ölkə arasında konstruktiv strateji sabitlik münasibətlərinin qurulması mühüm qərardır.
Xatırladaq ki, Donald Tramp mayın 14-də Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı sentyabrın 24-də Vaşinqtona səfərə dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 15 May 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















