Çin şirkəti ilə əməkdaşlıq müzakirəsi
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb. Söhbət zamanı Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycan – Çin Sənaye Parkının yaradılması, birgə investisiyaların cəlbi, infrastruktur və sənaye layihələri üzrə potensial əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində “CSCEC International” şirkətinin təcrübəsindən yararlanmaq barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Çinin qlobal miqyaslı transmilli şirkəti olan “CSCEC International” bina tikintisi, infrastruktur, daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir. Ümumilikdə isə, şirkətin əsas fəaliyyət sahələrinə yaşayış komplekslərinin, ticarət mərkəzlərinin, xəstəxanalar və məktəblərin inşası, avtomobil yolları, körpülər, dəmir yolları, metropolitenlər, hava və dəniz limanların tikintisi, eləcə də tikinti layihələrinin dizaynı, memarlıq planlaması, şəhərsalma və mühəndislik-tədqiqat işləri, tikinti və infrastruktur layihələrinə birbaşa investisiya qoyuluşu, həmçinin daşınmaz əmlakın idarə edilməsi, şəhər su təchizatı, çirkab suların təmizlənməsi qurğuları, tullantıların idarə olunması, elektrik stansiyaları və ekoloji layihələr daxildir.
Bununla yanaşı, şirkət bir sıra beynəlxalq layihələrin maliyyələşdirilməsi, dizaynı, tikintisi və istismarı proseslərini bütövlükdə əhatə edən müasir əməkdaşlıq modellərinin həyata keçirilməsi üzrə podratçı qismində çıxış edir. Son zamanlar Çin şirkəti ilə ölkəmizdə müxtəlif infrastruktur və tikinti layihələri üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi də bu baxımdan diqqət çəkir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 04 Noyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















