Çin soyuq hava ilə əlaqədar mavi xəbərdarlıq rejimini uzadıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Yaxın günlərdə ölkənin bəzi yerlərində havanın temperaturunun kəskin enəcəyi və güclü küləklərin əsəcəyi gözlənilir.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bununla bağlı Çinin Milli Meteorologiya Mərkəzi açıqlama yayıb.
Departamentin proqnozuna görə, şənbə günündən cümə axşamına kimi ölkənin əksər ərazilərində havanın temperaturu 6-10 dərəcə aşağı enəcək. Şimal-Qərb, Şimal və Şimal-Şərqi Çinin bəzi ərazilərində termometr 12-14 dərəcə aşağı düşəcək, bəzi yerlərdə azalma hətta 16 dərəcəni keçəcək.
Mərkəz həmçinin güclü küləklər üçün mavi xəbərdarlığı uzadıb.
Qeyd edək ki, Çin soyuq hava şəraiti üçün dörd səviyyəli xəbərdarlıq sistemini qəbul edib. Ən yüksək təhlükə səviyyəsi qırmızı, ondan sonra narıncı, sarı və mavi rənglərlə işarələnib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















