Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Almanların hörmət etdiyi, Vaşinqtonun susdurmaq istədiyi sərkərdə KONKRET

Almanların hörmət etdiyi, Vaşinqtonun susdurmaq istədiyi sərkərdə KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İkinci Dünya müharibəsinin tarixində amerikalı general Corc Smit Patton qədər parlaq, ziddiyyətli və mübahisəli hərbi xadimlər az olub. O, kəmərində fil sümüyündən hazırlanmış dəstəkləri olan iki revolver gəzdirir, keçmiş həyatlarında Yuli Sezarın legionlarında döyüşdüyünə inanırdı. Hətta cəbhənin arxa xəttində belə əsgərlərin yaxalıqlarını açıq gəzdirməsinə dözmür, intizam qaydalarını pozanlara qarşı sərt cəzalar tətbiq edirdi.

Alman qərargahlarında Pattonu müttəfiqlərin ən təhlükəli generallarından biri hesab edirdilər. Vaşinqtondakı siyasətçilər isə onun kəskin çıxışlarından və qalmaqallı davranışlarından narahat olur, bəzən onu ictimaiyyətin diqqətindən uzaq tutmağa çalışırdılar.

1943-cü ilin yayında Patton şöhrətinin zirvəsində idi. Onun komandanlıq etdiyi 7-ci ABŞ ordusu Siciliya əməliyyatı zamanı sürətlə irəliləyərək britaniyalı general Bernard Montqomerinin qüvvələrini qabaqladı. Lakin həmin ilin avqustunda baş verən bir hadisə onun hərbi karyerasına ciddi zərbə vurdu.

Patton səhra hospitalına baş çəkərkən görünən fiziki xəsarətləri olmayan, lakin ağır psixoloji sarsıntı keçirən iki əsgərlə qarşılaşdı. Döyüş travması səbəbindən xidmətini davam etdirə bilməyən hərbçilərin vəziyyətinə qəzəblənən general özünü idarə edə bilmədi. Onları qorxaqlıqda ittiham etdi, təhqir etdi və hətta əlcəyi ilə üzlərinə vurdu.

Hadisə ABŞ-da böyük qalmaqala səbəb oldu. Mətbuatda Pattona qarşı sərt tənqidlər səsləndirildi, Konqresdə onun istefasını tələb edənlər tapıldı. Müttəfiq qüvvələrin ali baş komandanı Duayt Eyzenhauer isə generalı əsgərlərdən üzr istəməyə məcbur etdi və bir müddət onu birbaşa döyüş komandanlığından kənarlaşdırdı.

Lakin sonradan bu vəziyyət müttəfiqlərin alman komandanlığına qarşı həyata keçirdiyi ən uğurlu dezinformasiya əməliyyatlarından birində istifadə olundu.

1944-cü ildə Normandiyaya desant çıxarılmasından əvvəl Patton Britaniyada yerləşdirilən uydurma 1-ci ABŞ Ordu Qrupunun komandanı təyin edildi. Məqsəd almanları əsas hücumun məhz Kale boğazı istiqamətində həyata keçiriləcəyinə inandırmaq idi. Alman kəşfiyyatı Pattonun orada olmasını ciddi siqnal kimi qəbul etdi. Nəticədə almanlar elit qüvvələrinin bir hissəsini həmin istiqamətdə saxladılar. Ərazidə saxta tanklar yerləşdirilir, yalançı radio danışıqları aparılırdı. Beləliklə, real Normandiya desantının hazırlanması düşməndən gizlədilirdi.

1944-cü ilin avqustunda Patton nəhayət 3-cü ABŞ ordusunun komandanı kimi genişmiqyaslı əməliyyatlara qoşuldu və özünün manevr müharibəsindəki bacarığını nümayiş etdirdi. Onun tank birləşmələri Fransa ərazisində o qədər sürətlə irəliləyirdi ki, bəzən qərargah xəritələri belə cəbhədəki vəziyyəti vaxtında əks etdirə bilmirdi.

Lakin Pattonun hərbi dühasının ən parlaq nümunələrindən biri 1944-cü ilin dekabrında, Ardenn döyüşü zamanı ortaya çıxdı.

Alman qoşunları gözlənilməz əks-hücuma keçərək müttəfiqlərin müdafiə xəttini yardılar. ABŞ-ın 101-ci hava-desant diviziyası Belçikanın Baston şəhərində mühasirəyə düşdü. Müttəfiq komandanlığı vəziyyətdən çıxış yolu axtarır, əlavə qüvvələrin həmin əraziyə çatdırılmasının həftələrlə vaxt aparacağını düşünürdü.

Verdendə keçirilən təcili müşavirədə Patton xəritəni qarşısına qoyaraq 3-cü ordusunun cəmi 48 saat ərzində hücuma başlaya biləcəyini bildirdi.

Bu plan ilk baxışdan mümkünsüz görünürdü. Çünki minlərlə hərbçinin, tankların, artilleriya qurğularının və yanacaq daşıyan avtomobillərin bir cəbhədən digərinə çevrilməsi, üstəlik, qışın sərt şaxtasında və buz bağlamış yollarda həyata keçirilməli idi.

Ancaq Patton geri çəkilmədi. Onun qoşunları qısa müddətdə istiqamətini dəyişərək Bastona doğru irəlilədi. 3-cü ordunun bölmələri çətin hava şəraitində təxminən 150 kilometr məsafə qət edərək şəhərə çatdı və dekabrın 26-da mühasirənin yarılmasına nail oldu. Bu əməliyyat İkinci Dünya müharibəsinin ən diqqətçəkən hərbi manevrlərindən biri kimi tarixə düşdü.

Müharibə başa çatsa da, Pattonun ziddiyyətli mövqeyi və kəskin çıxışları davam edirdi.

O, Bavariyada hərbi qubernator vəzifəsini icra edərkən Almaniyada denasifikasiya siyasətini açıq şəkildə tənqid edirdi. Keçmiş Nasist Partiyası üzvlərinin müəyyən mülki vəzifələrdə saxlanılmasına tərəfdar çıxması ABŞ rəhbərliyində ciddi narazılıq yaratmışdı. Patton eyni zamanda Sovet İttifaqını gələcəkdə Qərb üçün əsas təhlükə hesab edir və Almaniyanın hərbi potensialının tamamilə sıradan çıxarılmasına qarşı çıxırdı.

1945-ci ilin oktyabrında Eyzenhauer onun Bavariyadakı vəzifəsindən kənarlaşdırılmasına qərar verdi. Patton daha sonra müharibə tarixinin hazırlanması ilə məşğul olan qərargaha rəhbərlik etməyə başladı.

Lakin onun həyatı gözlənilməz şəkildə sona çatdı.

1945-ci il dekabrın 9-da, ABŞ-a qayıtmasına cəmi bir gün qalmış Patton Manheym yaxınlığında qırqovul ovuna yollandı. Yol keçidlərinin birində onun olduğu ağır hərbi “Kadillak” avtomobili hərbi yük maşını ilə toqquşdu. Toqquşma nəticəsində avtomobildə olan digər şəxslər ciddi xəsarət almadılar. Patton isə qəfil əyləcləmə zamanı başını avtomobilin salonundakı arakəsməyə vurdu.

Generalın boyun fəqərələri sındı və nəticədə boyundan aşağı iflic vəziyyətinə düşdü. Həkimlər Heydelberq hospitalında on iki gün onun həyatını xilas etməyə çalışdılar. Lakin 1945-ci il dekabrın 21-də ağciyər ödemi nəticəsində 60 yaşlı general vəfat etdi.

Pattonun ölümü sonradan müxtəlif sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb oldu. Bəziləri onun nasist qalıqları tərəfindən, digərləri isə Amerika və ya Sovet xüsusi xidmət orqanlarının iştirakı ilə aradan götürüldüyünü iddia edirdilər. Lakin rəsmi araşdırma qəzanın sui-qəsd nəticəsində baş verdiyini təsdiqləyən sübut ortaya qoymadı.

Corc Patton bütün həyatı boyu müharibə meydanında yaşamağa üstünlük verən, sərt intizamı və hücum strategiyası ilə seçilən hərbçi idi. O, döyüşün gurultusu altında özünü daha rahat hiss edir, sülh dövrünün diplomatik qaydalarına və siyasi kompromislərinə çətin uyğunlaşırdı.

Uşaqlıqdan döyüş meydanında ölməyi arzulayan generalın taleyi isə tamam başqa cür yazıldı. Onu düşmən gülləsi, artilleriya atəşi və ya tank hücumu deyil, adi yol-nəqliyyat qəzası həyatdan apardı.

Tarixdə Patton adı yalnız cəsarətli tank hücumları və sürətli hərbi əməliyyatlarla deyil, həm də sərt xarakteri, qalmaqallı davranışları və müharibə başa çatdıqdan sonra belə susmaq istəməyən bir generalın ziddiyyətli taleyi ilə yadda qaldı.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri