Icma.az
close
up
RU
Çin Tayvan üçün yumşaq güc kartını açdı ŞƏRH

Çin Tayvan üçün yumşaq güc kartını açdı ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elxan Şahinoğlu: "ABŞ-Çin rəqabətində Tayvan əsas hədəfdir - mümkün müharibə riski qalır”

Pakistanda danışıqlar başlayıb. Tərəflərin fasiləyə ehtiyacı var. Müharibə tərəflərə xüsusi üstünlük qazandırmayıb. Bu arada, Çin müharibənin dayandırılması məqsədilə diplomatik fəallığını artırıb. Pekin bu müharibədə ABŞ-ın qələbə qazanmaması, İran rejiminin isə məğlub olmaması üçün çalışıb. 

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Pekin ABŞ - İran danışıqları fonunda Tayvan siyasətini də fəallaşdırıb:

"Çin lideri Si Cinpinin Pekində Tayvanın müxalifət partiyası olan Qomindanın lideri Çjen Livenlə görüşü bundan xəbər verir. Çjen Liven bu səfərini "sülh səyahəti" adlandırıb. Bu, Si Cinpinlə Qomindan lideri arasında 10 ildən sonra keçirilən ilk görüşdür. Halbuki, Tayvan prezidenti Lay Çinde Pekinlə danışıqların əleyhinədir. Pekin Lay Çindeni demokratik yolla seçilmiş prezident saymır. Pekin onu separatçı adlandırır. Bunun əksinə olaraq Pekin Tayvan müxalifətinin lideri ilə dialoqu davam etdirməkdə maraqlı görünür. Bunun iki səbəbi var. Birincisi, Pekin bununla göstərir ki, Tayvanı Çinə birləşdirmək üçün hərbi yol əvəzinə “yumşaq gücdən” istifadə etməyə hazırdır. İkincisi, Pekin Tayvanı dəstəkləyən Vaşinqtona da mesaj göndərib ki, əgər adanın müxalifət lideri Çinə səfər edirsə, bu o deməkdir ki, ada xalqının bir hissəsi Çinə birləşməyin tərəfdarıdır". 

Politoloq qeyd edir ki, Qomindan lideri Pekində verdiyi açıqlamada Çinlə ada arasında gərginliyinin aradan qaldırılması vacibliyini belə izah edib ki, boğazın hər iki tərəfində çinlilər yaşayır və onlar bir ailənin üzvləridirlər:

"Çin lideri Si Cinpin isə yenə açıq ifadə edib ki, Pekin Tayvanın müstəqilliyinin əleyhinədir. Si Cinpin Tayvanın müxalifət liderindən gözləntilərini belə əsaslandırıb ki, Qomindan və Çin Kommunist Partiyası "siyasi qarşılıqlı etimadı" gücləndirməli və "boğazın hər iki tərəfindəki həmvətənləri birləşdirməlidirlər.

Beləliklə, Qomindan liderinin Pekinə səfərinin mahiyyəti mümkün müharibənin qarşısının alınması məqsədi daşıyır. 1992-ci ildə Qomindan Tayvanda hakimiyyətdə olan Pekinlə saziş imzalamışdı. Həmin sazişə görə, tərəflər müharibədən qaçmalı, sülhün bərqərarı məqsədilə birlikdə işləməli idilər. Pekin bu sazişi "vahid Çin" konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirirdi. Ancaq sonrakı illərdə Tayvanda hakimiyyət dəyişdiyindən danışıqların davamı gəlmədi və Pekinin ritorikası sərtləşdi. Buna baxmayaraq, Pekin Tayvan adasını güc yolu ilə ələ keçirilməsinin risklərini hesablamaq məcburiyyətindədir. Müharibə sanksiyalar, enerji daşıyıcılarının qiymətlərinin artması və regional gərginlik deməkdir. Çünki, Çin Tayvan adasını güc yolu ilə ələ keçirərsə, bu Yaponiya və digər bölgə ölkələrinin də təhlükəsizlik maraqlarına təsir edəcək. Vaşinqton da Tayvanın Çin birləşməsinin əleyhinədir. Çünki bu birləşmə ABŞ-la rəqabətdə olan Çinə əlavə güc qazandıracaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri