2027 ci ildən yeni mərhələ başlayır 4 il davam edəcək
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, tədbirlər ölkə başçısının 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək. Dördpendirli pizza
Dövlət Proqramının Tədbirlər Planının 8.4.7-ci bəndinə əsasən, qida məhsullarının allergenlər üzrə laborator müayinələrə cəlb edilməsi, eləcə də əldə olunan nəticələr əsasında etiket məlumatlarının uyğunluğunun monitorinqi nəzərdə tutulur.
Bununla yanaşı, monitorinqlərin nəticələri təhlil ediləcək və müvafiq təkliflər hazırlanacaq. Əhalinin qida məhsullarında allergenlərlə bağlı məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirləri də həyata keçiriləcək.
Qeyd edək ki, allergenlər bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilən maddələrdir. Bu baxımdan, qida məhsullarının etiketlərində allergenlərlə bağlı məlumatların düzgün göstərilməsi istehlakçıların sağlamlığının qorunması baxımından əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 Oktyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















