Icma.az
close
up
RU
Çin təcrübəsi və Azərbaycanın inkişaf strategiyası ŞƏRH

Çin təcrübəsi və Azərbaycanın inkişaf strategiyası ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın nüfuzlu media qurumlarından olan Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Müsahibə zamanı Prezident Əliyev Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq münasibətlərdəki rolu, iqtisadi inkişaf istiqamətləri və Cənubi Qafqazda formalaşan yeni reallıqlar barədə ətraflı fikir mübadiləsi aparıb. Dövlət başçısının verdiyi cavablar, həm Azərbaycanın milli maraqlarını müdafiə etməsi, həm də beynəlxalq ictimaiyyətə ölkəmizin mövqeyini aydın və əsaslı şəkildə çatdırması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. İlham Əliyev müsahibə zamanı xüsusilə vurğulayıb ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və beynəlxalq hüquqa əsaslanan mövqeyi ona dünya siyasətində güclənən söz sahibi statusu qazandırıb. Prezident bildirib ki, Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır və atdığı addımlar hər zaman beynəlxalq hüququn prinsiplərinə söykənir. Eyni zamanda, o, Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olduğunu və xüsusilə Çinlə olan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Müsahibədə Qarabağ məsələsinə də toxunulub. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu vurğulayaraq, post-münaqişə dövründə regionda sülhün və əməkdaşlığın qurulmasının vacibliyini bir daha diqqətə çatdırıb. Dövlət başçısının bu məsələ ilə bağlı sərgilədiyi qəti və prinsipial mövqe Azərbaycanın ədalətli siyasətinin və bölgədə sabitlik arzusunun göstəricisidir. İqtisadi sahədə əldə edilən nailiyyətlərə də diqqət çəkən Prezident, Azərbaycanın qeyri-neft sektorunda sürətli inkişafı, investisiya mühiti və yaşıl enerji sahəsindəki böyük potensialı barədə məlumat verib. O, həmçinin Azərbaycanın "yaşıl enerji" istiqamətində həyata keçirdiyi layihələrin qlobal iqlim dəyişikliyi ilə mübarizədə önəmli töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyevin CGTN kanalına verdiyi bu müsahibə bir daha göstərdi ki, Azərbaycan öz milli maraqlarına sadiq qalaraq eyni zamanda beynəlxalq əməkdaşlığa açıq, sülhsevər və gələcəyə inamla irəliləyən bir ölkədir. Dövlət başçısının qlobal platformalarda sərgilədiyi aydın, arqumentli və uzaqgörən mövqe Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.

Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan öz daxili resurslarına əsaslanan dayanıqlı inkişaf modelini formalaşdırmaq yolunda qətiyyətlə addımlayır. Prezidentin vurğuladığı kimi, Çin təcrübəsinin öyrənilməsi və uyğun şəkildə tətbiqi, ölkəmizin texnoloji modernləşməsi və innovasiya yönümlü iqtisadiyyat qurmaq istiqamətində mühüm bir addımdır. Azərbaycanın dünya gücləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurması milli maraqlara söykənən strateji baxışın nəticəsidir. Bu yanaşma sübut edir ki, müstəqil siyasət yürütmək, geosiyasi təzyiqlər fonunda belə milli mövqeni qorumaq mümkündür. Azərbaycanın Çinlə münasibətləri, xüsusən də logistika, enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı faydalı inkişaf modelinin bariz nümunəsidir. Müsahibədə toxunulan yaşıl enerji layihələri təkcə iqtisadi deyil, həm də ekoloji baxımdan Azərbaycanın gələcəyini təmin edən əsas prioritetlərdən biri kimi dəyərləndirilir. Cənab Prezidentin qlobal tribunalarda nümayiş etdirdiyi mövqelər həm də milli maraqlarımızın beynəlxalq səviyyədə müdafiəsinin səmərəli bir yoludur. Ərazi bütövlüyünün tam bərpa olunmasından sonra, Azərbaycan post-münaqişə mərhələsində əməkdaşlıq və inklüziv inkişafa əsaslanan yeni regional düzən formalaşdırmağa çalışır. Azərbaycanın bu proseslərdə təşəbbüskar mövqedə çıxış etməsi, onu bölgənin əsas siyasi və iqtisadi mərkəzinə çevirir. Prezident İlham Əliyevin müsahibədəki çıxışı, gələcəyə yönəlik strateji planların və milli maraqlara sadiqliyin bariz ifadəsi kimi tarixə düşür.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri