Simonida Kordiç: Azərbaycanın turizm təcrübəsi investisiya strategiyası planlaşdırmaqda faydalıdır
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın Monteneqronun turizm sektoruna investisiyaları təkcə düzgün investisiya siyasətini deyil, həm də bütün sahənin strateji inkişafını nümayiş etdirən məkan yaratmağa imkan verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 25) bildirib.
Nazir qeyd edib ki, investisiya məkanı çoxdan qloballaşıb.
"Buna görə də bir ölkənin və yaxud bir investorun istənilən investisiya təşəbbüsü bir çox digər aspektlərə əhəmiyyətli dərəcədə təsir göstərir. İnvestisiya strategiyalarının planlaşdırılmasında çox faydalı ola biləcək təcrübələr var. Digər ölkələrdən olan həmkarlarımızla dialoq apardığımız zaman onların irəli sürə biləcəkləri təkliflər və malik olduqları təcrübə mənim üçün xüsusilə maraqlıdır", - o bildirib.
S.Kordiç qeyd edib ki, Monteneqroda səfərdə olan həmkarları ilə danışmaq imkanı olduqda, onlar bu təcrübələrin son dərəcə faydalı olduğunu qeyd edirlər.
"Mən həmçinin strateji olaraq hədəflədiyimiz turizm növünə, yəni keyfiyyətli turizmə investisiya qoyuluşunu effektiv şəkildə dəstəkləyən bir sıra tədbirləri - ilk növbədə maliyyə və vergi güzəştlərini qeyd etdim. Bunlar artıq əməkdaşlıq etdiyimiz və ən yaxşı nəticələrə nail olmaq üçün onu davam etdirməli olduğumuz əsas istiqamətlərdir", - nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Sentyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















