Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Ölkəmizin gələcək inkişaf strategiyası ŞƏRH

Ölkəmizin gələcək inkişaf strategiyası ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Ölkə Başçısı cənab İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr ölkənin xarici siyasət prioritetlərinin açıqlanması, milli maraqların beynəlxalq ictimaiyyətə çatdırılması və regiondakı geosiyasi proseslərə təsir imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, Dövlət başçısının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi təkcə Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsini deyil, həm də Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturasında formalaşan yeni reallıqları əks etdirir.

Yeri gəlmişkən, qeyd edək ki, müsahibə zamanı Prezident cənab Əliyev Azərbaycanın son otuz illik tarixi təcrübəsini, işğal və müharibə dövründəki strateji mövqeyini, həmçinin müstəqillikdən sonrakı mərhələdə əldə edilən uğurları qlobal auditoriyaya çatdırmışdır. O, həm sülh təşəbbüslərinin, həm də regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini vurğulamış, Azərbaycanın həm region daxilində, həm də beynəlxalq müstəvidə artan rolunu izah etmişdir. Prezident cənab Əliyev müsahibəsində Ermənistanla otuz ildən artıq davam edən münaqişəyə toxunaraq bildirmişdir ki, 1990-cı illərdə Azərbaycanın ərazilərinin işğalı nəticəsində ölkənin 20 faizi işğal altında qalmış, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdir. 1994-cü il atəşkəsindən sonra danışıqlar prosesi nəticəsiz qalmış və yalnız 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir. Bu mərhələ Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi oldu. Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, müharibə qələbəsi ilə Azərbaycanın həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etməsi regionun siyasi reallıqlarını köklü şəkildə dəyişmişdir. Bununla yanaşı, o, Ermənistanla sülh sazişinin paraflanmasının və qarşılıqlı ərazi bütövlüyünün tanınmasının strateji əhəmiyyətini vurğulamışdır.

Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də Zəngəzur dəhlizi və “TRIPP - Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinin perspektivləri olmuşdur. Cənab İlham Əliyev bu layihənin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıdığını bildirmişdir. Zəngəzur dəhlizi, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, həm də Avrasiya məkanında yeni nəqliyyat alternativləri yaradacaq. Bununla yanaşı, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramını həyata keçirməkdədir. Dövlət başçısı qeyd etmişdir ki, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastrukturun bərpası və iqtisadi inkişafın təmin olunması ölkənin sosial-siyasi həyatında mühüm mərhələdir. Müsahibədə ölkə başçısı Azərbaycanın balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasət kursunu da geniş şəkildə təqdim etmişdir. Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində əməkdaşlığa önəm verir, qonşu dövlətlərlə, o cümlədən İran və Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Enerji siyasəti Azərbaycan diplomatiyasının əsas dayaqlarından biri olaraq xüsusi vurğulanmışdır. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırda 10 Avropa ölkəsini təbii qazla təmin edir və bu, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, Körfəz ölkələri ilə bərpaolunan enerji layihələrinin icrası Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirir.

Prezident cənab İlham Əliyev müsahibəsində Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə əsaslanan cəmiyyət modelini xüsusi qeyd etmişdir. Azərbaycanda müxtəlif dini təriqətlər və etnik qruplar arasında birgəyaşayış ənənələrinin qorunması və inkişaf etdirilməsi ölkənin müsəlman dünyasında nüfuzunu artıran əsas faktorlardan biridir. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə töhfəsini vurğulamış, təriqət ayrı-seçkiliyinin təhlükələrinə diqqət çəkmişdir. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində apardığı siyasətin davamı kimi beynəlxalq miqyasda da müsbət qarşılanmaqdadır. Prezident cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilməlidir. Müsahibə, Azərbaycanın yalnız öz milli maraqlarını müdafiə etməklə kifayətlənmədiyini, həm də regional və qlobal sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinə töhfə verdiyini göstərir. Azərbaycanın sülh təşəbbüsləri, nəqliyyat dəhlizləri layihələri, enerji əməkdaşlığı və multikultural dəyərləri əsasında həyata keçirilən siyasət regional inteqrasiyanın dərinləşməsinə və beynəlxalq aləmdə daha etibarlı tərəfdaş imicinin formalaşmasına xidmət edir.

Ən əsası, Prezident cənab İlham Əliyevin bu müsahibəsi Azərbaycan dövlətinin siyasi kursunun aydın və sistemli şəkildə təqdimatı olmaqla yanaşı, həm də ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən mühüm sənəd xarakteri daşıyır.

Xalid Ələkbərov,

YAP Göygöl rayon təşkilatı üzrə Toğanalı kənd ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri