Icma.az
close
up
RU
Azərbaycanın inkişaf strategiyası real hədəflərə yönəlib

Azərbaycanın inkişaf strategiyası real hədəflərə yönəlib

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün biz müasir Azərbaycan tarixində xüsusi önəm kəsb edən bir tarixi – 20 Sentyabr Dövlət Suverenliyi Gününü qeyd edirik. Bu əlamətdar gün ölkəmizin milli iradəsinin, siyasi qətiyyətinin və suverenlik prinsipinə sadiqliyinin simvoluna çevrilmişdir. Dövlət suverenliyi hər bir xalqın və dövlətin müstəqil mövcudluğunun əsası, onun daxili və xarici siyasətdə sərbəst qərarlar vermək haqqını təmin edən fundamental hüquqdur. Azərbaycan xalqı bu haqqı 1991-ci ildə bərpa etsə də, onun real məzmunda həyata keçirilməsi uzunmüddətli mübarizə və qətiyyət tələb etmişdir.

Bu baxımdan, 20 sentyabr tarixi təkcə rəmzi bayram deyil, həm də reallığa çevrilmiş milli məqsədlərin təntənəsidir. Xüsusilə vurğulamaq lazımdır ki, 2023-cü ilin 19 və 20 sentyabr tarixləri Azərbaycan Respublikasının dövlətçilik tarixində strateji önəmə malik dönüş nöqtəsinə çevrildi. Məhz həmin tarixlərdə ölkəmizin Qarabağ bölgəsində aparılmış lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazisində fəaliyyət göstərən qeyri-qanuni silahlı dəstələr tam tərksilah edildi və suverenliyimiz bərpa olundu. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusu yalnız hərbi mövqelərə yönəlmiş, mülki əhalinin təhlükəsizliyinə tam təminat verən dəqiq və hüquqi əsaslı antiterror tədbirlərinə start verdi. Əməliyyatın məqsədi ölkə ərazisində qanunsuz silahlı birləşmələrin ləğvi, konstitusiya quruluşunun bərpası və vətəndaşların təhlükəsizliyinin təmin olunması idi. 20 sentyabr 2023-cü il tarixində isə separatçı silahlı qüvvələr silahı yerə qoyaraq təslim oldular. Cəmi bir gün ərzində əldə olunmuş bu tarixi uğur dövlətimizin siyasi iradəsinin, diplomatik çevikliyinin və hərbi qüdrətinin bariz göstəricisi oldu. Bu hadisələr Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini bir daha sübut etdi və suverenlik prinsipinin heç bir halda güzəştə gedilməyəcəyini nümayiş etdirdi.
Artıq 20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız iqtisadi və hüquqi suverenliklə deyil, həm də ərazi bütövlüyünün və konstitusion idarəçiliyin tam bərpası ilə bağlı xüsusi siyasi məna daşıyır. Bu gün Azərbaycan Respublikası öz ərazisində tam və maneəsiz dövlət nəzarəti həyata keçirir, bütün vətəndaşlarına bərabər hüquqlar əsasında xidmət edir.19–20 sentyabr tarixləri xalqımızın yaddaşına həm də milli birlik və həmrəyliyin zirvəsi kimi həkk olunmuşdur. Bu günlər ərzində bütün ölkə vətəndaşları Prezidentin ətrafında sıx birləşərək dövlətin apardığı siyasətə açıq dəstək göstərdi. Milli həmrəyliyin bu nümunəsi Azərbaycanın gələcək inkişafı üçün də möhkəm zəmin yaradır.
Dövlət suverenliyi hər bir azərbaycanlının qürur duyduğu dəyərdir. Bu tarixlər təkcə qələbə günü deyil, həm də milli iradənin, hüquqi ədalətin və tarixi ədalətin təntənəsidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü bizi yalnız keçmişə qaytarmır, həm də gələcəyə daha güclü addımlarla irəliləməyə ruhlandırır. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan suveren, güclü və qətiyyətli dövlətdir. Bu suverenliyi qorumaq isə hər bir vətəndaşın borcu və fəxarət mənbəyidir.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri