Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xəzərdə neft tükənir, yoxsa... Bundan sonra nə olacaq?

Xəzərdə neft tükənir, yoxsa... Bundan sonra nə olacaq?

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

bp-nin yeniliyi nəyi dəyişəcək?

bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.

“bp-Azərbaycan”ın yaydığı məlumatda bildirilir ki, bu məqsədə uyğun olaraq, bp Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya "Oceaneering International" şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək. 

Bildirilir ki, yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o deməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq. “Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.

bp şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb: QDYM xidmətləri üçün "Oceaneering International" şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə BORİS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.

QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın əsas neft hasilatı Dərinsulu Günəşlinin daxil olduğu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan həyata keçirilir. Blokdan hasilat pik həddini keçərək azalmağa başlayıb, bu proses son illərdə çox sürətlənib. Açıqlanan göstəricilərdən aydın olur ki, yataqdan hasilat gözlənildiyindən daha sürətlə azalır və bu, Azərbaycan hökumətini ciddi şəkildə narahat edir. Bir neçə il əvvəl bu narahatlıq layihənin opreatoru olan bp şirkəti ilə müzakirə edildikdən sonra blokda yeni platforma - ACE platforması 2024-cü ilin aprelində işə salındı. Platformadan hasilatın getdikcə artması və ümumi hasilatda azalma sürətini aşağı salması nəzərdə tutulurdu. Rəsmi hasilat göstəriciləri bu məqsədə qismən də olsa nail olunduğunu göstərir. Belə ki, Energetika Nazirliyinin açıqladığı məlumata əsasən bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bildirilib ki, bu, 2024-cü ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə 0,9 milyon ton və ya 4,2 faiz azdır.

Bu ilin yanvar-sentyabr aylarında respublika üzrə neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə AÇG üzrə neft hasilatının 0,5 milyon ton və ya 4 faiz azaldığını göstərir.

Hesabat dövründə “Şahdəniz” yatağından 2,9 milyon ton kondensat hasil edilib. Bu isə ötən ilin yanvar-sentyabr aylarının hasilat göstəricisi ilə müqayisədə 0,2 milyon və ya 6,5  faiz azdır.

Doqquz ayda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon ton təşkil edib ki, bu da daha əvvəlki ilin 9 ayı ilə müqayisədə 0,2 milyon ton və ya 3,6  faiz azdır.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. Hasilatın sürətlə azalması fonunda blokda neftin bu müddətdən daha tez tükənməsi ehtimalı yaranır. bp-nin açıqladığı məlumat göstərir ki, bunun qarşısını almaq üçün AGE platformasından əlavə tədbirlərə ehtiyac yaranıb. 

Hökumət neft hasilatının azalma sürətini öz proqnozlarında üstüörtülü formada da olsa, əks etdirir. Belə ki, oktyabrda Maliyyə Nazirliyinin açıqladığı 2026-2029-cu illər ortamüddətli büdcə çərçivəsindən aydın olur ki, hökumət 2029-cu ilədək neft-qaz hasilatında azalmanın davam edəcəyini, 2029-cu ildən etibarən “Abşeron” yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verəcəyini gözləyir.  

Müvafiq olaraq Azərbaycan ÜDM-də neft-qaz sektorunun payının 2025-ci ildəki 28 faizdən (36,4 milyard manat) 2029-cu ildə 20 faizədək (32,4 milyard manat) azalması proqnozlaşdırılır. Bu sektorda ÜDM istehsalı gələn 2,4 faiz, 2027-ci ildə 1,3 faiz, 2028-ci ildə 3,2 faiz azalacaq, 2029-cu ildə isə 4,7 faiz artacaq.

Çərçivə sənədinə görə, 2025-ci ildə dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 18 milyard 311 milyon manat, 2026-cı ildə 16 milyard 435 milyon manat, 2027-ci ildə 15 milyard 250 milyon manat, 2028-ci ildə 14 milyard 305 milyon manat, 2029-cu ildə isə 13 milyard 480 milyon manat təşkil edəcəyi gözlənilir.  

Maraqlıdır ki, aprel ayında açıqlanan ortamüddətli büdcə çərçivəsində hökumət 2025-ci ildə neft-qaz sektorunun ÜDM-ə töhfəsinin 37,3 milyard manat (28,5 faiz), 2026-cı ildə 34,4 milyard manat (25,3 faiz), 2027-ci ildə 34,1 milyard manat (23,7 faiz), 2028-ci ildə 32,5 milyard manat (21,4 faiz), 2029-cu ildə isə 33,5 milyard manat (20,6 faiz) təşkil edəcəyini proqnozlaşdırmışdı. Göründüyü kimi, 6 ay ərzində neft-qaz sektorunda ÜDM istehsalına dair proqnozlarda 1 milyard manatdan yuxarı azalma var. 

Həmçinin aprel ayında açıqlanan eyni sənəddə dövlət büdcəsinin neft-qaz gəlirlərinin 2029-cu ildə 15,8 milyard manata düşəcəyi proqnozlaşdırılmışdı. Bu isə sektordan büdcəyə gəlirlərə dair proqnozda 2 milyard manatdan çox azalma deməkdir.

Nəzərə alsaq ki, hər iki hesablama neftin qiymətinin 65 dollarlıq orta səviyyəsi əsasında aparılıb, onda proqnozlardakı azalmanın həm hasilat həcmlərində düşmənin sürətlənməsi, həm də Dövlət Neft Fondundan büdcəyə transfertlərdə azalma hesabına gözləndiyini söyləyə bilərik. Hökumət apreldə 2029-cu ildə həm neft, həm qaz sektorunda artım gözləyirdi. Lakin indi aydın olur ki, artım yalnız qaz sektorunda, həm də “Abşeron” yatağının hesabına gözlənilir. Halbuki “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının verilməsi müddəti 3 ildir yubadılır. Ən son qərarın 2025-ci ildə veriləcəyi və ikinci mərhələ üzrə ilk qazın 2028-ci ilin sonu, 2029-cu ilin əvvəlində əldə olunacağı elan edilsə də, ilin başa çatmasına 2 ay qalıb, heç bir irəliləyiş görünmür. Bu isə yataqdan ikinci mərhələdə hasilatın başlanması müddətinin nəzərdə tutulandan daha sonraya çəkiləcəyi ehtimalını artırır.

Neft hasilatının azalması ilə AÇG-dən Dövlət Neft Fonduna daxilolmalar da azalıb. Fondun yaydığı məlumata əsasən bu ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən quruma 3 milyard 637,570 milyon ABŞ dolları (6 milyard 183,9 milyon manat) məbləğində gəlir daxil olub. Bu, 2024-cü ilin üç rübü ilə müqayisədə 966,1 milyon ABŞ dolları və yaxud 21 faiz azdır.

Xatırladaq ki, 2024-cü ilin ilk üç rübü ərzində ARDNF yataqlar blokunun işlənməsindən 4 milyard 603,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, o zaman illik ifadədə 4.2 faiz azalma demək idir.

Bir məsələni də qeyd etməyə dəyər ki, hökumətin proqnozları neftin 65 dollarlıq qiymətinə əsaslanıb. Bu qiymət səviyyəsinə nail olunmasının özü böyük sual altındadır. Çünki dünya neft bazarında yaranan izafi xammal bolluğu hər ay artır. Analitik mərkəzlərin hesablamalarına əsasən hazırda bazarda tələbatdan 4 milyon barelə yaxın artıq neft var. Təsadüfi deyil ki, ABŞ-ın Rusiyanın əsas neft ixracatçıları olan “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalarının bazarda qiymətlərə təsiri qısamüddətli oldu - bir neçə gün 4-5 dollar artan qiymətlər artıq oktyabrın 27-dən azalmağa başlayıb. 

Dünyada alternative enerjiyə keçidin kəskin sürətlənməsi fonunda neftə tələbatın kəskin artımı gözlənmir. Bütün bunlar həm 2026-cı ildə, həm də ondan sonrakı dövrdə Azərbaycan neftinin orta qiymətinin 65 dollar olması ehtimalını azaldır. Bu şəraitdə hasilatın da sürətlə azalmağa davam etməsi ölkə iqtisadiyyatı üçün heç də arzuolunan proses deyil.

“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri