Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Çin Trampın Rusiyaya qarşı sanksiya planlarına sərt reaksiya verdi

Çin Trampın Rusiyaya qarşı sanksiya planlarına sərt reaksiya verdi

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Çin ABŞ prezidenti Donald Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı gömrük rüsumları tətbiq etmək planlarına son dərəcə mənfi reaksiya verib. Tramp bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukraynadakı müharibə dayandırılmasa, Rusiya ilə ticarət əlaqələrini davam etdirən ölkələrə qarşı 100%-lik "ikincili” rüsumlar tətbiq ediləcək.

Qaynarinfo xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan mətbuat konfransında bu planlara kəskin etiraz etdiklərini bildirib.

"Çin istənilən qeyri-qanuni və birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır. Gömrük müharibələrində qalib olmur və təzyiq siyasəti heç bir nəticə verməyəcək”, – deyə Lin Tszyan vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, Pekinin Ukraynadakı müharibə ilə bağlı mövqeyi dəqiq və ardıcıl olaraq qalır.

"Biz hər zaman hesab etmişik ki, bu böhrandan yeganə çıxış yolu dialoq və danışıqlardır... Tərəfləri siyasi həll üçün əlverişli şərait və mühit yaratmağa, sülh danışıqlarına şərait yaratmağa çağırırıq”, – deyə Çin XİN nümayəndəsi bildirib.

Xatırladaq ki, daha əvvəl Tramp Rusiyaya ultimatum verərək bildirmişdi ki, əgər Kreml 50 gün ərzində Ukraynada müharibəni dayandırmasa, Vaşinqton Rusiya ilə ticarət edən bütün ölkələrə qarşı 100 faiz dərəcəsində "ikincili” gömrük rüsumları tətbiq edəcək. Bu bəyanat bir sıra ölkələrin, o cümlədən Çinin kəskin narazılığına səbəb olub.

ABŞ senatoru Lindsi Qrem Kreml rəhbəri Vladimir Putinə prezident Donald Trampın təklifini rədd etdiyi təqdirdə baş verəcək hadisələr barədə Tehrana zəng edib öyrənməyi məsləhət görüb.

Senatorun bu sözləri Trampın 50 gün ərzində Ukraynada müharibənin dayandırılmaması halında Rusiya ilə ticarət edən ölkələrə qarşı 100%-lik rüsumlar tətbiq olunacağı barədə ultimatumundan sonra səslənib. Qrem bu bəyanatla İrana tətbiq olunan sərt sanksiyaları xatırladaraq Putinə xəbərdarlıq edib ki, Vaşinqton Moskvanı da oxşar iqtisadi təzyiqlərlə üz-üzə qoya bilər.

Eyni zamanda, Çin lideri Si Szinpin Trampın bəyanatlarının fonunda Rusiyaya dəstəyini daha da gücləndirəcəyini vəd edib. Pekin açıq şəkildə bildirir ki, Moskvanın təcrid olunmasına qarşıdır və Çin-Rusiya strateji tərəfdaşlığı daha da dərinləşdiriləcək. Bu mövqe, ABŞ və Qərbin Rusiyaya qarşı mümkün yeni sanksiyalar fonunda Çinin Moskvaya geosiyasi dəstəyini nümayiş etdirməsi kimi qiymətləndirilir.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 İyul 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri