Çin ucuz tank bazarını da ələ keçirir: T 72 üzərində VT 4 ilə Rusiyaya meydan oxuyur
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin hərbi sənayesi dünya tank bazarında yeni niyyətlərini ortaya qoyub. Yayılan məlumata görə, Çin T-72 tankının şassisi üzərində özünün müasir VT-4 tankının (MBT-3000) qülləsini quraşdıraraq yeni prototip hazırlayıb. Tank ilk dəfə təlim bazasında nümayiş etdirilib.
Turkustan.az xəbər verir ki, ekspertlərin fikrincə, bu kombinasiya tam döyüş qabiliyyətli maşın deyil, daha çox təlim və ya sərgilərdə göstərmək üçün yaradılmış prototipdir. Bununla belə, Çin açıq şəkildə məhdud hərbi büdcəsi olan ölkələr üçün T-90 kimi Rusiya tanklarına daha ucuz alternativ təklif etməyə çalışır. T-72 tipli şassi bazasından istifadə edilməsi istehsal xərclərini aşağı salır, VT-4 qülləsi isə texniki görünüş və bəzi imkanları baxımından müasir səviyyəni qoruyur.
Beləliklə, Çin təkcə yüksək səviyyəli bazarı deyil, həm də daha ucuz seqmenti hədəf alaraq, Afrika və Asiya bazarlarında Rusiyaya ciddi rəqib olmağa hazırlaşır. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 07 İyul 2025 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















