Icma.az
close
up
RU
Niyə o siyahılarda yoxuq?

Niyə o siyahılarda yoxuq?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Hər il dünya ölkələri elm və təhsil, xoşbəxtlik, innovasiya, turizm, harmoniya, təhlükəsizlik və s. meyarlar üzrə sıralanır. 

Liderlər tez-tez dəyişir, lakin Skandinaviya ölkələri, İsveçrə və Sinqapur xoşbəxtlik, sabitlik və innovasiyada, Fransa və İspaniya turizmdə, ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələr isə "ağıllılıqda” (təhsil/ÜDM/elm əsasında) liderliyi əldən vermirlər. Əksinə, bu rəqabət get-gedə güclənir. Budur, Yaponiya yenə də aparılan qlobal araşdırmada bir çox sahədə yüksək nəticələr göstərərək 100 mümkün baldan 92-ni toplayaraq ötən ilin nəticələrinə görə "dünyanın ən ağıllı ölkəsi” seçilib. Yaponiya bu uğuru həm Nobel mükafatlarının sayına, həm yüksək İQ dərəcəsinə, həm də şagirdlərin təhsil uğurlarına görə əldə edib. "Ağıllılar”ın ilk onluğunda İQ səviyyəsinə görə Sinqapur, Cənubi Koreya, Honkonq kimi Asiya ölkələri, keçmiş nailiyyətlərə və Nobel mükafatlarının sayına görə ABŞ, siyasi sabitliyi ilə İsveçrə, sosial layihələri və həyat keyfiyyəti ilə Çin, Kanada, Böyük Britaniya, Hollandiya, Belçika da var. 

İstər-istəməz sual yaranır ki, Cənubi Qafqazda liderlik səviyyəsinə yüksələn Azərbaycanı yüksək texnoloji inkişafın lider ölkələri sırasına necə çıxara bilərik? 

Mövzunu çox aktual və vacib hesab edən Kembric Universitetinin professoru Qərib Mürşüdovun fikrincə, belə siyahılara düşməyi məqsəd kimi görmək lazım deyil. Əksinə, əsas hədəf təməl infrastrukturun qurulması və sistemli dəyişikliklər olmalıdır. Yəni, təhsil, elm və innovasiya əsaslı sənayenin davamlı inkişafı üçün strateji yol xəritəsi hazırlamağa ehtiyac var: "Bu sahələrdə keyfiyyətli irəliləyiş və fərdlər üçün əlverişli mühit yaradılsa, beynəlxalq reytinqlərə daxil olmaq təbii nəticə kimi öz-özünə baş verəcək”. Professorun sözlərinə görə, bu məqsədlə, dərhal həyata keçirilməsi zəruri olan üç əsas strateji istiqamət vacibdir. Onlardan birincisi bilik infrastrukturu, texniki ədəbiyyatın Ana dildə üstünlüyüdir: "Elm-texnika sahəsində orta, ali və peşə təhsili səviyyələri üçün beynəlxalq standartlara uyğun dərslik və materialların sistematik şəkildə Azərbaycan dilinə çevrilməsi lazımdır. Amma yalnız ədəbiyyatı əlçatan etmək kifayət deyil, onun istifadəsini də stimullaşdırmalıyıq. KİV-də elmi-populyar proqramların artırılması, görkəmli alim və mühəndislərin məktəblərlə davamlı əlaqəsinin qurulması, valideynlər arasında texniki təhsilin gələcək perspektivləri barədə maarifləndirmə işləri aparılması da vacibdir. Yüksək texnologiyalı sahələrdə yaxşı maaşlı işlərin çoxalması bu prosesi sürətləndirəcək”. Alim hesab edir ki, keyfiyyətə doğru prosesdə müəllim potensialının artırılması da vacibdir: "Sistem öz-özünə işləmir. Onun əsas "mühərriki” müəllimlərdir. Müəllimlərin peşəkar hazırlığı, bilik səviyyəsi və müasir tədris metodlarına yiyələnməsi prioritet olmalıdır”.

Professor bildirir ki, texnologiyadan düzgün istifadə də önəmlidir: "Hazırkı keçid dövründə təhsildə süni intellekt kimi innovativ vasitələrdən köməkçi alət kimi istifadə etmək, həm təhsil keyfiyyətini yüksəldə, həm də "repetitorluq” kimi problemlərin həllinə kömək edə bilər”. 

"Bəli, Yaponiya bu gün ən balanslı modeli göstərir. Nobel mükafatları təsadüf, İQ göstəriciləri isə təkcə genetik məsələ deyil, təhsildəki ardıcıllıq isə illərin nəticəsidir”, - deyə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova vurğulayır. Onun fikrincə, yaponlar sadəcə "ağıllı xalq” deyil, onların ağıllı sistemi olan ölkəsi də var: "Düzdür, bu gün biz müəyyən göstəricilərdə geridəyik. Amma bu, potensialın olmaması demək deyil. Əksinə, bizdə istifadə olunmayan potensial çoxdur. Yəni problem beyində deyil, mexanizmdədir. Birincisi, biz hələ də uğuru əzbərlə ölçürük. Testdən keçmək bacarığı ilə düşünmək bacarığını eyni şey zənn edirik. Siyahıya düşən ölkələr isə uşağa "düz cavabı tap” yox, "niyə belə düşündün?” sualını verir. Bizdə bu sual hələ dərsdə yox, bəzən adi həyatda da yoxdur”. 

G.Əkbərova hesab edir ki, elmin prestij məsələsinə çevrilməsi də vacibdir: "Yaponiya və oxşar ölkələrdə alim olmaq alternativ yol deyil, hörmətli karyeradır. Bizdə isə istedadlı gənclər ya sistemdən bezir, ya da başqa sahəyə qaçır”. G.Əkbərovanın fikrincə, bu prosesdə uzunmüddətli strategiya vacib amildir. Belə ki, Yaponiya nəticəni beş ilə yox, 25–30 ilə planlayır: "Biz isə tez-tez "bu il nə dəyişdi?” sualına ilişib qalırıq. Ağıllı ölkələr səbirlidir, çünki ağıllı proseslər vaxt istəyir”. İŞ üzvünün fikrincə, ölkəmizdə riyaziyyata meyilli uşaqlar, dilləri tez öyrənən gənclər, çətin şəraitdə belə çıxış yolu tapan zəka var. Sadəcə, bu zəkanı sistemli şəkildə üzə çıxaran mühit formalaşmalıdır: "Obrazlı desək, torpaq münbitdir, amma suvarma plansızdır. Düşünürəm ki, biz siyahıya düşmək üçün başqasına oxşamalı deyilik, öz güclü tərəflərimizi ağıllı şəkildə inkişaf etdirməliyik. Başlanğıc üçün tənqidi düşünmə, elmə hörmət, müəllimə dəyər, uzunmüddətli baxış kifayətdir. Yaponiya nümunəsində gördüyümüz əsas məqam odur ki, sistem mərkəzdən yazılan sənədlərlə yox, sahədə formalaşan mədəniyyətlə güclənir. Əgər bu gün biz Nobel siyahılarında yoxuqsa, bu o demək deyil ki, sabah da olmayacağıq. Sadəcə, Nobel birbaşa auditoriyadan, sinifdən, müəllim masasından başlayır”.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Yanvar 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri