Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Çin və ABŞ arasında ticarət müharibəsi qızışdı: Avropa ortada qalıb...

Çin və ABŞ arasında ticarət müharibəsi qızışdı: Avropa ortada qalıb...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Vaşinqtonun ticarət siyasətinə cavab olaraq, Çin öz iqtisadi müdafiə tədbirlərini gücləndirib və ABŞ məhsullarına qarşı yeni 34 faizlik gömrük rüsumları tətbiq edib.

Bəzi ekspertlərin fikrincə, Pekinin atdığı bu addım, yalnız Çin və ABŞ arasında deyil, həm də beynəlxalq ticarət münasibətlərində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Bu addımlar dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsini daha da dərinləşdirib. ABŞ-ın tətbiq etdiyi yüksək tariflər, xüsusən Avropa və Asiya bazarlarında da iqtisadi narahatlıqlara yol açıb. Lakin Avropanın rəsmi Pekinlə bənzər addımlar atmaqdan, hər hansı cavab tədbirləri görməkdən qaçdığının şahidi oluruq.

Bunun səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, ABŞ lideri Donald Trampın qəbul etdiyi qərarları qeyri-adi olduğunu düşünmək doğru deyil:

“Məsələnin görünən tərəfi, dəlisov bir adamın qərar qəbul etdiyi təəssüratını yaradır. Lakin düzgün araşdırıldıqda məlum olur ki, Tramp özünün də bəyan etdiyi kimi, ABŞ-ı Atlantikadan Sakit Okeanına qədər genişləndirmək siyasətinin davamçısı kimi ABŞ imperializminin son baronlarından biridir. Düşünülmədən atılmış bir addım kimi qiymətləndirilməməlidir. Bu qərarların arxasında çox ciddi geosiyasi, geoiqtisadi niyyətlər var. ABŞ-ın genişləndirilməsi siyasəti, “Qrenlandiya, Panama kanalı Birləşmiş Ştatların olacaq”, “Kanada ABŞ-ın 51-ci ştatı olacaq” kimi açıqlamalarda da özünü göstərir.

Avropada proseslərlə bağlı sadəcə ciddi narazılıqlar, qeyri-müəyyənliklər var. Avropada çevik qərarlar qəbul etmək mexanizmi mövcud deyil. Aİ ilə bağlı analitik siyasi, iqtisadi birlik kimi ifadələr yersizdir. Vaşinqtonun Avropanı qorumayacağı ilə bağlı açıqlamasından sonra, Avropanın təhlükəsizlik məsələsi ciddi şəkildə dövriyyəyə mindi. Lakin sözügedən məsələlərdə də Avropa liderləri ortaq qərara gələ bilmir. Avropa təcavüzə uğradığı təqdirdə hansı addımı atacaqları məlum deyil. Maliyyələrin cəlb edilməsi ilə bağlı yekun qərar da qəbul olunmayıb”.

Natiq Miri

Politoloqun sözlərinə görə, Avropa liderləri Donald Trampın hakimiyyəti müddətində atdığı addımları və xidmət etdiyi dini, siyasi qayələri doğru anlaya bilmir:

“Bu gün hər kəsin ABŞ prezidentinin ayağına gəlməsi siyasəti yürüdülür. Bütün dünya ölkələrinə rüsumların, tariflərin artırılması qərarının verilməsindən sonra, Avropa və Asiyada mövcud olan ölkələr, onların rəhbərləri gah telefon danışıqları ilə Trampla danışmağa cəhd edir, gah da ABŞ-a onun ayağına gələrək qərarda dəyişiklik edilməsini xahiş edirlər. Bu siyasət həm dünyada xaos yaratmağa xidmət edir, həm də iqtisadi, siyasi, hərbi cəhətdən yeganə hegemon gücün ABŞ olduğu təəssüratını yaradır. Əks halda hamı Trampın ayağına qaçmazdı. Avropada hələlik bunu anlaya bilmirlər. Çin də adekvat addımlar atmağa başlayıb”.

Natiq Miri qeyd edib ki, Çin ABŞ-ın əsas rəqibi kimi, hədəfin də rəsmi Pekin olduğunu anlayıb:

“Gec-tez belə bir toqquşmanın, qlobal müharibənin başlayacağına əmindir. Ona görə də Çin belə bir müharibəyə hazırlaşır. ABŞ yenidən alternativsiz, yeganə güc mərkəzi olmağa çalışır. Bütün siyasət buna xidmət edir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri