Icma.az
close
up
RU
“Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini göstərdi

“Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini göstərdi

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan ilə Çin arasında 1992-ci ilin aprelində qurulan diplomatik münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu gün bu gün özünün ən yüksək mərhələsindədir. Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi, hər iki ölkənin milli maraqlarına əsaslanır və dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan müqavilələr, verilən layihələr gələcəyə nikbin baxmağa ümidlər verir. Bu gün Çin ilə Azərbaycan ən yaxın tərəfdaşlıqlar və dərinləşən strateji tərəfdaşlıq daha qlobal əməkdaşlığa çevrilməkdədir. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublika Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanması, bu əməkdaşlığa yeni vüsət verir və əməkdaşlığın genişləndirilməsi mühüm önəm daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev son illərdə bir neçə dəfə Çin Xalq Respublikasında səfərdə olub və münasibətlərin yaxşılaşdırılması üçün çox ciddi tədbirlər görülüb.

Tahir Rzayev

“Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduğunu dəfələrlə istifadə etmiş və bildirilmişdir ki, bu münasibətlər nəinki iqtisadi və siyasi əhəmiyyət daşıyır, həm də regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Bu günlərdə Azərbaycan Prezidentinin səfəri qlobal əməkdaşlığın genişləndirilməsinə daha bir töhfədir və gələcəkdə əlaqələrin yaxşılaşdırılması üçün bir stimuldur. Azərbaycanın “kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu, çox vacibdir və bu kəmərin istifadəyə verilməsi nəqliyyatın daha da inkişaf etdirilməsi üçün perspektivlər yaradır. Azərbaycanla Çin Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanamənin qəbul olunması bu gün hər iki ölkənin daha geniş miqyasda əməkdaşlıq etməsinə imkan yaratmışdır”-deyə deputat bildirib.

Tahir Rzayevin sözlərinə görə, Çin Xalq Respublikası dünyada öz mövqeyi və iqtisadi inkişafı ilə fərqlənən dövlətlərdən biridir və Azərbaycanın bu ölkə ilə əməkdaşlığının genişlənməsi çox mühüm əhəmiyyətə malikdir: “Məhz buna görə də Prezident cənab İlham Əliyev Çin Respublikası ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə böyük önəm verir. Bu günlərdə cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib, Azərbaycanla Çin arasındakı dostluq münasibətlərindən ətraflı danışıb və bildirib ki, hər iki ölkə arasında getdikcə artan iqtisadi, ticarət əməkdaşlığına baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensiallar mövcuddur. Əlbəttə, bu potensialdan səmərəli istifadə etmək üçün dövlətlər bir-birlərinin təcrübəsini dəstəkləməlidirlər. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər təqdir olunmalıdır. Xüsusilə nəqliyyat sektorunun inkişafında hər iki ölkənin təşəbbüsləri əhəmiyyətlidir. Azərbaycan bu gün nəqliyyatın inkişafı və yükdaşımaların artırılması üçün ərazilərin bir tranzit məkana çevrilməsi üzrə lazım olan tədbirləri görməkdədir”.

Tahir Rzayev bildirib ki, son ildə ölkəmizdə 21000 km avtomobil yolunun salınması məhz bunun bəhrəsidir: “Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər uğurlu nəticə verib. Son illər 1500 km dən artıq dəmir yolu tikilib və 1800 km sahə təmir edilmişdir. Azərbaycan Çin arasında tranzit daşımalarının həcmi 2020-ci illə müqayisədə 86 faiz artmışdır. Çin həm də dördüncü ən böyük ticarət tərəfdaşıdır. Artıq əmtəə dövriyyəsinin həcmi üç milyard 744 milyard dollar təşkil edir ki, bu, yaxşı rəqəmdir.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin Çinə səfəri və Çində yüksək səviyyəli görüşlər təşkil etməsi gələcəkdə münasibətlərin daha da yaxşılaşdırılmasına yeni bir töhfə olacaq.

“Bu gün Çin Azərbaycanda həyata keçirilən beynəlxalq tədbirləri yüksək dəyərləndirir və buna öz münasibətini bildirir. Çinin və BMT-nin COP 29 münasibətilə Azərbaycanı təbrik etməsi və dövlətimizin iqlim dəyişiklikləri ilə mübarizədə öz səylərini ortaya qoymasını qiymətləndirməsi dostluğun bir nümunəsidir. Digər tərəfdən, bu gün Çin 2026-cı ildə Bakıda XIII Ümumdünya Şəhərsalma Forumuna dəstəyini ifadə edir və bu forumun keçirilməsi əlbəttə ki, beynəlxalq səviyyədə şəhərsalmanın mütərəqqi əsaslarla qurulması yeni bir töhfə ola bilər”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri