Icma.az
close
up
RU
Çin XİN: ABŞ nin seçki müdaxiləsi iddialarının heç bir əsası yoxdur

Çin XİN: ABŞ nin seçki müdaxiləsi iddialarının heç bir əsası yoxdur

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Pekin ABŞ Prezidenti Donald Trampın Çinin Amerika seçkilərinə müdaxilə etdiyinə dair irəli sürdüyü son ittihamları qəti şəkildə rədd edib.

XQ rəsmi Çin mətbuatına istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian keçirdiyi brifinqdə Vaşinqtonun iddialarına sərt reaksiya verib: “ABŞ tərəfinin səsləndirdiyi bu iddiaların heç bir real əsası yoxdur və bu, yalnız Çini beynəlxalq ictimaiyyət qarşısında ləkələmək məqsədi daşıyır”.

Xatırladaq ki, Prezident Donald Tramp Çinin 2020-ci ildən bəri təxminən 220 milyon amerikalı seçicinin şəxsi məlumatlarını qanunsuz yollarla əldə etdiyini iddia edib. Ağ Ev rəhbəri bu hadisəni bəşər tarixində “seçki məlumatlarının ən böyük oğurlanması” faktı kimi dəyərləndirib. D.Tramp genişmiqyaslı xarici müdaxiləni və ABŞ seçki sistemlərindəki boşluqları nümayiş etdirən kəşfiyyat məlumatlarını da ictimaiyyətə təqdim edib.

Lakin Çin XİN sözçüsü bu növ ittihamların uzun müddətdir əsassız olduğunun sübuta yetirildiyini diqqətə çatdırıb: “Pekin digər müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etməmək barədə təməl prinsipə hər zaman sadiqdir. Çinin ABŞ seçkilərinə müdaxilə etməkdə heç bir marağı yoxdur və tarixdə də heç vaxt belə bir addım atmayıb”.

Diplomat ABŞ-nin özünə işarə edərək ittihamları qarşı tərəfə yönəldib: “Kimin başqa dövlətlərin daxili işlərinə qəsdən müdaxilə etdiyi, uzun illər ərzində qlobal miqyasda hökumətləri, müəssisələri və geniş ictimaiyyəti fərq qoymadan gizli şəkildə izlədiyi və xarici ölkə vətəndaşlarının məlumatlarını geniş miqyasda oğurladığı hər kəsə yaxşı məlumdur”.

Qeyd edək ki, bu gərginlik ABŞ-nin cari ilin noyabr ayında keçiriləcək mühüm ara seçkilərinə hazırlaşdığı bir vaxtda baş verir.

Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesabatına əsaslanaraq bildirmişdi ki, hələ 2018-ci ilin ortalarında – onun prezidentliyinin ilk dövründə Çin Kommunist Partiyasının rəsmi siyasəti 2020-ci il seçkilərində onun alacağı səsləri azaltmaq, onu vaxtından əvvəl istefa verməyə məcbur etmək və ya yenidən seçilməsini əngəlləməkdən ibarət olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri