Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

XOCALIYA BÖYÜK SEVGİ İLƏ QAYITDILAR

XOCALIYA BÖYÜK SEVGİ İLƏ QAYITDILAR

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xocalılar dünyanın ən dərdli sakinləridirlər, çünki onlar hər cür faciə, hər cür müsibət və hər cür ağır anlar yaşayıblar. Heç kimə sirr deyil ki, tarixin ən böyük faciələrindən biri  məhz onların başına gəlib. Belə ki azğın erməni  faşistləri 1992-ci ilin qışında uf demədən Xocalı şəhərini, eləcə də yaşayış məntəqələrini ağır artileriyadan, tanklardan atəşə tutdular. Onların belə faşist  hərəkətləri nə yerə sığırdı, nə də göyə. Çünki Xocalıda yaşayan bütün insanlar – uşaq, qoca, xəstə adamlar bir gecənin içində evlərindən didərgin düşdülər. Buna tək didərginlik demək olmazdı. Ən azından ona görə ki, həmin insanlar ayaqyalın, başıaçıq canlarını götürüb pay-piyada nicat yolu axtarırdılar. Şaxta adamı qılınc kimi kəsəndə, bir tərəfdən də erməni-rus birləşmələri bu dinc insanları fasiləsiz olaraq gülləbaran etdilər. Canlarını qurtarmaq istəyən insanlar isə ya meşələrə, ya da daldalanacaq bir yerə üz tutdular. Amma bu da onlara çıxış yolu olmadı, çünki qarşıdakı postlarda  ermənilər pusqu qurmuşdular. Və Ağdam istiqamətində hərəkət etmək istəyən xocalılılar yenidən dörd tərəfdən atəşə tutuldular. Çoxlu sayda Xocalı sakinləri həlak oldu və çoxlu sayda da insanlar əsir götürüldü, yaralandı. Bir çox insanlar isə həftələrlə soyuq qış axşamında ac-susuz meşələrdə qaldı və onları don vurdu. 

Əsrin ən böyük faciəsini, terror  aktını və  soyqırımını xocalılılar yaşadılar. Hətta onlar amansızcasına qətlə yetiriləndən sonra erməni faşistləri tərəfindən başlarının dərisi soyuldu, gözləri  çıxarıldı.  Və onlara məftil bağlayıb  tankın arxasınca sürüdülər. Dünya müharibələrində heç vaxt  belə vəhşilik görünməmişdi, amma o vəhşiliyi ermənilər elədilər. Özü də tək eləmədilər ha, rus hərbçiləri ilə, daha doğrusu, 366-cı alayın  əsgərləri ilə birlikdə bu cinayəti və qətliamı törətdilər. Nə qocaya rəhm elədilər, nə uşağa, nə də xəstə adamlara. Azğınlıq və qudurğanlıq o yerə çatmışdı ki, əsir götürülmüş ata-ananın gözü qarşısında onların  əsgər oğlunu ağaca məftillə bağlayıb üstünə benzin tökərək yandırdılar. 

Bütün bu faciələri, bu soyqırımı xocalılılar yaşadılar. Milli Qəhrəman Çingiz Mustafayev  isə bax, həmin o tarixi faciəni lentə alaraq bütün dünyaya yaydı. Ancaq dünya yenə kar, kor və lal idi. Onlar  bu faciə, bu terror, bu soyqırım haqqında bir kəlmə belə danışmadılar. Əksinə, ermənilərə bir qədər də havadarlıq elədilər, onların arxasında bir qədər də dayandılar ki, bu vəhşiliklərini davam etdirsinlər. Bütün Azərbaycan «Xocalıya ədalət!» deyə hayqırırdı, amma bu ədaləti heç kimdən görmədik. 

İkinci Qarabağ savaşında, yəni 44 günlük müharibədə Azərbaycan öz ərazi bütövlüyünü  90 faiz təmin etdi, qalan hissəsi də 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həll olundu.  Bütövlükdə cəmi Qarabağ işğaldan azad olundu və o cümlədən Xocalı geri qaytarıldı. Və qısa zaman kəsiyində Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalıda çox möhtəşəm abadlıq, quruculuq və tikinti işləri həyata keçirildi. O işlər həyata keçirildi ki, Xocalı şəhərində və onun kəndlərində yeni yaşayış binaları, sosial obyektlər, məktəblər, uşaq bağçaları qısa zaman kəsiyində  inşa edilərək öz sakinlərini gözlədi. Bir sözlə,  Xocalıda insanların geri qayıtması və yaşaması üçün hər cür infrastruktur yaradıldı. Yəni yollar çəkildi, su, qaz xətti inşa edildi və istilik sistemi üçün şəbəkələr yaradıldı. 

Cənab Prezident İlham Əliyev  özü də ilk dəfə Xocalıya köçən sakinlərlə görüşdü, mənzillərin açarlarını onlara verdi, təbrik edərək cansağlığı ilə  bu evlərdə yaşamalarını arzuladı. Hətta məşhur jurnalist  və bir çox doğmalarını Xocalı faciəsində itirmiş Səriyyə Müslümqızının yeni mənzilində Cənab prezident qonaq oldu. Çay süfrəsi arxasında əyləşib onlara bu yeni mənzildə cansağlığıyla yaşamalırını arzuladı. 

Bir neçə ilin içində Xocalıya  çoxlu sayda sakinlər köçürüldü.  Və onlar hər dəfə doğma yurda ayaq basanda çox həyəcanlı anlar yaşadılar. Çünki o ağır faciəli anların dərdi, kədəri hələ də onların ürəyində, qəlbində yaddaşında özünə böyük bir yer tutmuşdu. O anlar yada düşəndə bu insanlar çox üzülür və dərd içində boğulurdular. Amma sevincli anlar qismət olandan sonra sanki Xocalı sakinlərinin dərdinə məlhəm qoymuşdu. Çünki onlar yurda qayıdanda Xocalı faciəsində həlak olmuş  insanların da ruhları şad olurdu. 

Əlbəttə, bu sevincli, bu gözəl anları  yaşlı nəslin nümayəndələri ilə yanaşı  heç Xocalını görməyən, amma onun haqqında qəmli xatirələri olan yeniyetmələr və gənclər də yaşayırdılar. 

Bu yaxınlarda isə Xocalıya yeni bir köç karvanı getdi. Bu karvan  təbii ki, xocalılıların yeni bir köçü idi. O köç ki artıq dördüncü köç sayılırdı. Hər dəfə insanlar doğma yurda, doğma ocağa  qayıdanda  onların ürəyində günəş doğur, sevgi boylanır. Və insanlıq yenidən dirçəlir.

Bu dəfəki köç zamanı 17 ailə, yəni 78 nəfər doğma Xocalıya  qayıdıb və mənzillərin açarları rəhbər şəxslər tərəfindən həmin sakinlərə təhvil verilib. 

Belə sakinlərdən biri Güllü  Məmmədovadır. O Güllü Məmmədova ki Xocalı faciəsi zamanı bir neçə doğmasını, əzizini itirib. Güllü xanım və onun ailəsi ilə yeni aldığı mənzildə görüşürük və deyirik: 

- Yeni yurdda, yeni evdə sizi xoş gördük. Burda cansağlığı ilə, sevinə-sevinə yaşayasınız. 

Güllü xanım bizim bu sözlərimizdən  kövrəlir, gözləri dolur və  dillənir:

- Qardaş, qabaqlar biz bunu ancaq yuxularımızda görə bilərdik. Heç dərddən başımız açılırdı?  Qaçqın düşəndən bilmirdik ölənlərin dərdini ağlayaq, yoxsa öz dərdimizi. Hələ nə qədər də xəstəmiz vardı. Amma ürəyimizdə  olan ümid və Xocalıya dönüş arzusu heç vaxt  ölmürdü, Allah-Təala bu günü qismət elədi. Buna görə ilk növbədə Ali Baş Komandan, Cənab prezident İlham Əliyevə, ordumuza, şəhidlərimizə, qazilərimizə və  qaliblərimizə minnətdarıq. Sən demə, qaranlıq bir günün bir işıqlı sonu da varmış. Bax, biz o işıqlı sona gəlib çatdıq, bundan gözəl nə ola bilər?

Güllü xanımın həyat yoldaşı Nəsib kişi, oğlu Arif, qızı Sevda da çox sevinirlər. Çünki onlar dövlətin Böyük Qayıdış Proqramına uyğun olaraq yenidən doğma yurda, doğma ocağa dönüblər, öz evlərinin işığını yandırıblar, sobasına qızınıblar və qazanlarını qaynadırlar. 

Onlarla yanaşı, çoxlu sayda Xocalı sakini böyük sevinc içindədir, o cümlədən yeni qayıtmış 78 nəfər. Bu isə o deməkdir ki, Xocalı yenidən ayağa qalxır, yenidən nura boyanır və yenidən yaşayır… 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Oktyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri