Icma.az
close
up
RU
Vətənin qisasına alan qəhrəman FOTO

Vətənin qisasına alan qəhrəman FOTO

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əkrəm Abdullayev doğma Azərbaycana, öz millətinə ürəkdən bağlanmışdı. 44 günlük haqq savaşımızda Vətən, torpaq uğrunda canından keçməklə daxilindən gələn ilahi sevgisini sübut etdi. Yağıya qarşı son nəfəsə qədər qəhrəmanlıqla döyüşərək ömrünün 22-ci ilində əbədi olaraq yaddaşlara köçdü.
30 il düşmənə əsir düşən müqəddəs yurd yerimiz olan Qarabağımızın azadlığı naminə tarix yazıb şəhidlik zirvəsinə ucalan Əkram Azad oğlu Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulub boya-başa çatıb. O, özünü bilən gündən həyatın mənasını xalqına layiqlı xidmətdə, yurduna halal sevgidə görüb. Həm də erməni dığaların Qarabağımızın işğalı Əkrəmı çox düşündürüb. Elə Vətən sevdalısı 2017-ci ildə yağıdan qisas almaq üçün ordu sıralarına gedib.
Əkrəm Abdullayev cəbhə bölgəsində Vətən, torpaq keşiyində ayıq-sayıq dayanıb. Nümunəvi xidməti, mərdliyi, doğma Azərbaycana sədaqəti hərbi hissədən ona hörmət qazandırıb. Qatıldığı təlimlərdə həmişə cəsarətlə, ağılla hərəkət edib, döyüş meydanında düşməndən qisas almaq məqsədilə hərbin sirlərinə böyük həvəslə yiyələnib. Həmişə də deyib ki, nəyin bahasına olursa-olsun Qarabağımızı tezliklə mənfur düşməndən azad etməliyik. Yoxsa, gələcək heç vaxt bizi bağışlamaz. Məqam gəlsə, mən bu müqəddəs yolda canımdan belə keçməyə hazıram.
Vətən torpağı düşmən tapdağında qalan Əkrəm əsgərlikdən sonra heç cür evdə, dalda-bucaqda gün keçirməyi vicdanına sığışdıra bilməyib. 2019-cu ildə yenidən orduya qayıdıb və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə MAHHXHQ əsgər kimi Azərbaycanın keşiyində durub. Vətən Müharibəsi başlayanda birincilər sırasında səngərdə yerini alıb, düşmənə qarşı sonsuz nifrətlə döyüşüb. Qəlbində Vətənə məhəbbəti aşıb-daşan Əkrəmin yağıya vurduğu zərbələr gündən-günə artıb. Erməni dığaların kabusuna çevirməklə neçə-neçə ağır sınaqlarda zəfər qazanıb. Çoxlu düşmən yaraqlısını məhv etməklə çiyin-çiyin vuruşduğu yoldaşlarda qələbəyə inam yaradıb. İgid döyüşçü Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən ölüm-dirim savaşlarda əsl rəşadət nümunəsini göstərib. 29 oktyabr 2020-ci ildə Laçında Vətənə tuşlamış düşmən gülləsini öz sinəsi ilə alan yerdə şəhadətə qovuşub. Şərəfli ölümü ilə xalqın qəlbində özünə əzəmətli abidə ucaldan Cəlilabadın Vətən qeyrətli oğlu Əkrəm Abdullayev ölümündən sonra "Vətən uğrunda", Füzulinin və Qubadlının azadlığına görə medalları ilə təltif edilib.
Bəli, Əkrəm qısa bir ömür yaşadı. Nəsibi şəhidlik zirvəsindən boylanmaq səadəti olduğuna görə o, xalqı üçün qəhrəmanlıq simvoluna döndü

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri