Çin Yaxın Şərqdəki gərginliyin qlobal iqtisadiyyata təsirləri barədə xəbərdarlıq edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 2 mart, AZƏRTAC
Çin Hörmüz boğazı və ona bitişik suların mal və enerjidaşıyıcıları üçün vacib beynəlxalq ticarət kanalları olduğunu bildirib və müvafiq tərəfləri gərginliyin daha da artmasının qarşısını almaq üçün hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bu sözləri brifinqdə səsləndirib.
Çin-in XİN rəsmisi bütün tərəfləri münaqişənin daha da yayılmasının qarşısını almağa çağırıb. Bildirib ki, ABŞ və İsrail BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan İrana qarşı hərbi hücumlar həyata keçiriblər ki, bu da beynəlxalq hüququ pozur.
“Çin hesab edir ki, bütün Körfəz ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə tam hörmət edilməlidir”, - deyən Mao Nin əlavə edib ki, rəsmi Pekin münaqişənin qonşu ölkələrə təsirindən dərin narahatdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:321
Bu xəbər 02 Mart 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















