Icma.az
close
up
RU
Cinayətkarların yeni üsulları ifşa oldu: gömrükdən mühüm açıqlama

Cinayətkarların yeni üsulları ifşa oldu: gömrükdən mühüm açıqlama

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Gömrük Komitəsi (DGK) 2025-ci il və 2026-cı ilin ilk beş ayı ərzində 2 tondan artıq narkotik vasitə aşkar edərək dövriyyədən çıxarıb.

AZXEBER.COM xəbər verir ki, bunu "Report” İnformasiya Agentliyi və "İctimai TV”yə müsahibəsində DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, burada həm ağır tərkibli narkotiklər, həm sintetik narkotik maddələr, həm də nisbətən yüngül tərkibli narkotiklər müəyyənləşdirilib.

"Onların bir hissəsinin tranzit yolu ilə ölkəmizdən keçirilməsinə cəhd edilib və biz bunun qətiyyətlə qarşısını almışıq. Vurğulamaq lazımdır ki, narkotik vasitələrin gizlədilmə üsullarında müxtəlif texnoloji imkanlardan istifadə olunur. Cinayətkarlar elə vasitələrdən istifadə edirlər ki, gömrük əməkdaşları həmin üsulları aşkar edə bilməsinlər. Müxtəlif texnoloji avadanlıqların daxilində gizlədilməklə, bərk materialların içərisinə hopdurulmaqla və digər fərqli üsullarla törədilən cinayət əməlləri ilə qarşılaşırıq. Təbii ki, biz bunun qarşısını alırıq və almağa davam edəcəyik. Bu istiqamətdə narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlərin üzə çıxarılması üzrə intensiv işlər aparılır”, – DGK-nın sədri qeyd edib.

Ş.Bağırov vurğulayıb ki, Dövlət Gömrük Komitəsi aksizli malların, tütün məhsullarının və spirtli içkilərin qanunsuz keçirilməsinə qarşı da mübarizə həyata keçirir: "Aparılan fəaliyyət nəticəsində 2025-ci ildə xeyli miqdarda tütün məhsulunun və spirtli içkinin qeyri-qanuni keçirilməsinin qarşısı alınıb. Rəqəmlərlə ifadə etdikdə, 5 milyon manatdan artıq dəyərdə bu kimi məhsulların qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Eyni zamanda dərman vasitələrinin qanunsuz keçirilməsi hallarına qarşı da ciddi mübarizə aparılır. Əfsuslar olsun ki, müxtəlif kanallar vasitəsilə xarici dövlətlərdən dərman vasitələrinin qeyri-qanuni gətirilməsi faktları baş verir və biz bunun qarşısını alırıq. Rəqəmlərlə ifadə etsək, son dövrdə 5 milyon manat dəyərində dərman vasitələrini qanunsuz dövriyyədən çıxarılıb. Burada qeydiyyatsız, keyfiyyəti məlum olmayan dərman vasitələrinin müxtəlif yollarla ölkəyə keçirilməsinə təşəbbüs göstərilib və biz bunun qarşısını almışıq. Bir sözlə, bu istiqamətdə çoxsaylı nəticələrimiz mövcuddur. Həmçinin 2025-ci il və 2026-cı ilin 5 ayı ərzində cinayət əməlləri ilə dövlətə vurulmuş 10 milyon manata qədər vəsaitin dövlət büdcəsinə ödətdirilməsi təmin edilib”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 İyun 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri