Icma.az
close
up
RU
Ekstradisiya hüququ: Cinayətkarların sərhəd tanımayan məsuliyyəti

Ekstradisiya hüququ: Cinayətkarların sərhəd tanımayan məsuliyyəti

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Müasir beynəlxalq münasibətlər sistemində cinayətkarlıq anlayışı yeni çalarlar qazanır. Əgər əvvəllər cinayətkar yalnız öz ölkəsinin hüquq-mühafizə orqanlarının məsuliyyətində idisə, bu gün transmilli cinayətlər, terrorçuluq, kiberhücumlar, maliyyə fırıldaqları və qanunsuz silah dövriyyəsi sərhədləri aşaraq bütün dünyaya yayılır. Belə şəraitdə cinayətkarın məsuliyyətdən yayınaraq başqa ölkədə gizlənməsi halları dövlətlərin təhlükəsizliyi üçün ciddi çağırış yaradır.

Bu reallıq qarşısında beynəlxalq hüquq praktikası ekstradisiya institutunu ön plana çıxarır. Ekstradisiya, yəni cinayət törətmiş şəxsin bir dövlətin ərazisindən digərinə verilməsi – təkcə hüquqi prosedur deyil, həm də dövlətlərin bir-birinə etimadının göstəricisidir. Bu mexanizm olmasa, cinayətkarların sərhəd keçməklə məsuliyyətdən qurtulması asanlaşar, beynəlxalq ədalət prinsipləri isə sual altına düşərdi.

Ona görə də ekstradisiya prosesi sadəcə hüquqi bir mexanizmdən savayı, həm də siyasi, təhlükəsizlik və etik baxımdan böyük əhəmiyyət kəsb edir. Bu proses həm dövlətlərin beynəlxalq öhdəliklərini yerinə yetirməsini, həm də qlobal miqyasda cinayətkarlığa qarşı mübarizədə birgə mövqenin möhkəmlənməsini təmin edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, düünya sürətlə qloballaşdıqca, cinayətkarlıq da yeni formalar alır və sərhədlər arxasında gizlənmək artıq asan olmur. Bu gün bir ölkədə törədilən cinayət digər ölkənin hüquq-mühafizə orqanlarının diqqətinə çevrilir. Belə məqamlarda ən təsirli hüquqi mexanizmlərdən biri – ekstradisiya prosesi işə düşür:

"Ekstradisiya sadəcə bir şəxsin təhvil verilməsi yox, dövlətlərin hüquqa və beynəlxalq öhdəliklərə sadiqliyinin nümayişidir. Çünki cinayətkarın məsuliyyətdən yayınmasına yol verməmək, ədalətin qlobal miqyasda təmin olunması deməkdir".

Ayxan Məmmədli: Bu, həm beynəlxalq hüququn, həm də dövlətlərarası etimadın əsas şərtidir

Onun sözlərinə görə, hər bir ekstradisiya işi bir neçə vacib prinsipə əsaslanır:

"Törədilən əməl həm tələb edən, həm də saxlayan dövlətin qanunvericiliyində cinayət olmalıdır, siyasi və etnik motivlərlə əlaqəli hallarda şəxsin verilməsi yolverilməzdir, ən əsası isə, insan hüquqlarının təminatı qorunmalıdır. Bu, həm beynəlxalq hüququn, həm də dövlətlərarası etimadın əsas şərtidir. İnterpolun “qırmızı bülleten”ləri ilə axtarılan şəxslərin saxlanılması və təhvil verilməsi artıq çox ölkənin gündəlik təcrübəsinə çevrilib. Bu mexanizm sayəsində cinayətkar harada gizlənməsindən asılı olmayaraq, məsuliyyətdən qaça bilmir".

Ayxan Məmmədli qeyd edib ki, ekstradisiya həm hüquqi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. O, dövlətlərin əməkdaşlığını gücləndirir, beynəlxalq təhlükəsizliyi təmin edir və ən əsası, insanlara bir daha sübut edir ki, ədalət heç vaxt sərhəd tanımır.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Avqust 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri