Icma.az
close
up
RU
Çində dəhşətli hadisə: 17 yaşlı qız gənc sevgilisini köləliyə sataraq aldığı pulla tətilə gedib

Çində dəhşətli hadisə: 17 yaşlı qız gənc sevgilisini köləliyə sataraq aldığı pulla tətilə gedib

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Çində 17 yaşlı qız 19 yaşlı sevgilisini köləliyə satıb və tətilə gedib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Thaiger.com" nəşri yazıb.

Məlumata görə, Çin sakini olan 17 yaşlı qız 19 yaşlı sevgilisini Myanmada fırıldaqçılar dəstəsinə 100 000 yuana satıb ki, bu da təxminən 14 000 dollar təşkil edir.

Quandun əyalətinin Çjantszyan şəhərindən olan gənc əsirlikdə əzab içində dörd ay keçirib, işgəncələrə, aclığa və ağır işlərə məruz qalıb, daha sonra ailəsi 350 000 yuan toplayaraq onu satın alıb və azad etməyə müvəffəq olub.

Qızla oğlan bilyard zalında tanış olublar. Qız valideynlərinin investisiyalar idarə etdiyini deyib və Myanmada ailə bizneslərinin olduğunu iddia edib.

"O, həmişə qardaşımı Myanmaya cəlb etməyə çalışırdı, ona orada iş tapacağını vəd edirdi. Hissləri qardaşımın gözünü kor etmişdi", - deyə oğlanın bacısı "Xiaoxiang Morning Post" qəzetinə müsahibəsində bildirib.

Bu ilin fevral ayında oğlan gizli şəkildə qızla Banqkoka gedib. Lakin tezliklə dostlarının paylaşımları sayəsində yaxınları onun Tailand-Myanma sərhədi yaxınlığında olduğunu öyrəniblər.

"Onun harada olduğunu biləndə işlərin yolunda getmədiyini anladıq", - deyə bacısı qeyd edib. Məhz orada qız kimisə qarşılayacağını bəhanə gətirərək oğlanı tək qoyub gedib. Bir neçə dəqiqə sonra isə silahlı şəxslər oğlanın telefonunu və pasportunu əlindən alıblar.

Sonrakı dörd ay ərzində gənc qapalı düşərgədə saxlanılıb. Onu başını keçəl qırxıblar, vəhşicəsinə döyüblər, belinə metal çubuqlarla vurublar və qulaqlarını büküblər. Hər gün ondan onlayn fırıldaqçılıq üzrə "norma"nı yerinə yetirməsini tələb ediblər, ən kiçik uğursuzluğa görə isə daha çox işgəncə ilə cəzalandırıblar.

"Goody Feed"in məlumatına görə, oğlan əsirlikdə gündə 16-20 saat işləməyə məcbur olub, ac qalıb və buna görə də 10 kiloqramdan çox arıqlayıb. Başına vurulan çoxsaylı zərbələr eşitmə qabiliyyətini itirməsinə səbəb olub.

Onu xilas etmək üçün uğursuz cəhdlərdən sonra ailəsi nəhayət ki, lazımi məbləği toplaya bilib və iyun ayında gənc sərbəst buraxılıb. O, bitkin halda evinə qayıdıb və yenidən qaçırılmaq qorxusundan əziyyət çəkməyə başlayıb.

Bu arada qız Tailandda rahat şəkildə istirahət edib, lakin Çinə qayıtdığı zaman həbs olunub. Ona qarşı dələduzluq və insan alveri üzrə ittiham irəli sürülüb. Məhkəmə işi təxirə salınsa da, tezliklə başlanacağı gözlənilir.

"Onun cəmi 17 yaşı var. Kimin ağlına gələrdi ki, o, belə bir pislik etməyə qadirdir? İnanmaq olmur ki, insan bu yaşda belə çirkin əməllər törədə bilər", - deyə oğlanın bacısı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri