Icma.az
close
up
RU
Çində əhalinin sayı 1,39 milyon nəfər azalıb

Çində əhalinin sayı 1,39 milyon nəfər azalıb

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çində 2024-cü ildə əhalinin sayı əvvəlki illə müqayisədə 1,39 milyon nəfər azalaraq 1 milyard 408 milyon nəfərə düşüb.

“Report” xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb.

Ötən il Çində 9,54 milyon doğum və 10,93 milyon ölüm qeydə alınıb. Doğum və ölüm nisbətləri müvafiq olaraq mində 6,77 və 7,76 olub.

Büro ötən ilin sonuna ölkədə 719,09 milyon kişi (azalma 0,1%), 689,19 qadın olduğunu açıqlayıb. Ölkədə məşğulluq yaşındakı əhalinin (16-60 yaş arası) sayı 857,98 milyon nəfər təşkil edib ki, bu da ümumi əhali sayının 60,9 faizi deməkdir.

Çində demoqrafik böhranın digər məqamı isə əhalinin qocalması, yəni yaşlı insanların ümumi əhali sayındakı payının çoxalmasıdır. Ötən ilin sonuna yaşı 65-dən yuxarı olanların sayı isə 220,23 milyon nəfər (artım 1,6%) təşkil edib.

BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.

Qeyd edək ki, uzun illər dünyanın ən çox əhalisi olan ölkə ünvanını daşıyan Çində 2022-ci ildən əhali sayında azalma başlayıb. Üç il əvvəl Çin əhalisinin sayı son 60 ildə ilk dəfə olaraq 850 min nəfər azalıb. 2023-cü ildə bu rəqəm 2,08 milyon nəfər təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Yanvar 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri