Qazax şəhərində avtomobildə baş verən yanğın söndürülüb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 10 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus “QAZ-24” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Bu mövzuda digər xəbərlər:Naxçıvan şəhərində yaşayış binasının zirzəmisində baş verən yanğın söndürülüb VİDEO
05 Avqust 2025 15:26
Şəkidə iritonnajlı avtomobildə baş verən yanğın söndürülüb
08 İyul 2025 21:49
Qazax şəhərində quruculuq işləri aparılır
17 Sentyabr 2025 11:48
Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək
20 İyul 2026 15:37
Qazax şəhərində abadlıq işi aparılacaq
06 Avqust 2026 14:20
Baxış sayı:116
Bu xəbər 10 Noyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















