Çində fırtına və daşqınlara qarşı möhtəşəm ixtira: Kareta maşın yolları fəth edir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çinlilər yenə də kreativlikləri ilə təəccübləndiriblər. Ölkədə baş verən daşqınlar və fırtınalı hava şəraiti yerli sakinlərdən birini qeyri-adi bir maşın yaratmağa vadar edib - o, avtomobilini nəhəng təkərlərlə təchiz edərək kareta-maşına çevirib.
Oxu.Az xəbər verir ki, bu barədə "KP - Dalniy Vostok" "Telegram" kanalında görüntülər yayılıb.
Paylaşılan videoda sürücünün "modifikasiya etdiyi" avtomobilin su basmış yolları və iri gölməçələri asanlıqla keçdiyi görünür. Maşın sanki suda yox, quru yolda hərəkət edir.
"Maşının sahibi onu nəhəng təkərlərlə təchiz edib və indi heç bir fırtına, sel və ya siklon ona mane ola bilmir. Primoryedə gözlənilən təbii fəlakətlər fonunda bu ideya xüsusilə əhəmiyyətlidir", - deyə nəşr qeyd edir.
Çin sosial şəbəkələrində sürətlə yayılan bu qeyri-adi maşın orijinallığı ilə hər kəsin marağına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 İyun 2025 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















