Çində helikopter qəzası 1 ölü, 4 yaralı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzası nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Bakıvaxtı.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli iqtidar orqanları məlumat yayıb.
Məlumata görə, “Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.
Helikopterdə olan dörd nəfər müxtəlif xəsarətlər alıb, yerdə bir nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.
Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.
Baxış sayı:91
Bu xəbər 03 May 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















