Çində ilk mikrodalğalı silah hazırlanıb Peykləri sıradan çıxara biləcək
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Çinli alimlər bir dəqiqə ərzində 20 giqavat gücündə enerji verə bilən dünyanın ilk mikrodalğalı silahını hazırlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Məlumata görə, bu yerüstü sistem “Starlink” peykləri də daxil olmaqla, Yer kürəsinin aşağı orbitindəki peykləri zədələyə və ya sıradan çıxara bilər.
Nəşrin məlumatına görə, “TPG1000Cs” adlanan bu cihaz Şensi əyalətinin Sian şəhərindəki Şimal-Qərb Nüvə Elmləri və Texnologiyaları İnstitutunda hazırlanıb.
Silahın uzunluğu 4 metr, çəkisi isə 5 tondur. Bu isə onu yük maşınlarına, hərbi gəmilərə, təyyarələrə və hətta peyklərə quraşdırmaq üçün əlverişli edir.
Nəşr qeyd edir ki, “TPG1000Cs”lər tək bir seansda 3000-ə qədər yüksək enerjili impuls yarada bilir ki, bu da hazırda mövcud olan oxşar sistemlərdən xeyli üstündür.
Qəzetin yazdığına görə, əgər Çin “TPG1000Cs”i kosmosa yerləşdirsə, onun gizli hücumlarını aşkarlamaq çətinləşəcək, həmçinin, bu hücumlar daha ölümcül olacaq”.
Bu mövzuda digər xəbərlər:Media: Çin peykləri sıradan çıxarmaq üçün mikrodalğalı silah hazırlayıb
06 Fevral 2026 01:34
Çində hərbi peykləri izləyə bilən dünyanın ən güclü kamerasını yaradıblar
20 Fevral 2025 07:28
Çin elektrik stansiyalarını sıradan çıxara bilən silah hazırlayıb
30 İyun 2025 08:02
Çində mikrodalğalı silahlar təqdim edildi
04 Sentyabr 2025 11:41
Yuan dolları sıradan çıxara bilər AÇIQLAMA
18 İyun 2025 15:15
Baxış sayı:170
Bu xəbər 09 Fevral 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















