Geomaqnit qasırğasının səviyyəsi artıb
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astrofiziklər Yer kürəsində baş verən geomaqnit fəallığın gücləndiyini açıqlayıblar.
AzPost xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Sibir Bölməsinin Günəş–Yer Fizikası İnstitutu (İSZF) məlumat yayıb.
Bildirilib ki, geomaqnit qasırğasının gücü G2 səviyyəsinə qədər yüksəlib. Bu göstərici orta dərəcəli qasırğa hesab olunur və həm texnoloji sistemlər, həm də insan sağlamlığı üçün müəyyən risklər yarada bilər.
Qeyd edək ki, son 24 saat ərzində bu artıq ikinci geomaqnit fəallığıdır. Birinci qasırğa sentyabrın 29-u axşam qeydə alınıb və o, daha zəif xarakter daşıyıb.
Alimlər hələlik qasırğanın nə vaxt zəifləyəcəyi və yaxın saatlarda intensivliyinin hansı səviyyədə dəyişəcəyinə dair dəqiq proqnoz vermirlər.
Mütəxəssislərin sözlərinə görə, belə hallarda xüsusilə ürək-damar problemləri olan insanlar səhhətlərinə diqqət yetirməli, həmçinin peyk rabitəsi və naviqasiya sistemlərində qısa müddətli nasazlıqlar müşahidə oluna bilər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















