Çində metapnevmovirus epidemiyası qeydə alındı
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Çində insan metapnevmovirusunun epidemiyası qeydə alınıb.
Axar.az xəbər verir ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi məlumat yayıb.
“Bu, dekabrın 23-dən dekabrın 29-dək ölkə üzrə xəstəxanalarda götürülən tənəffüs nümunələrinin analizinin nəticələridir. Nəticələr göstərir ki, kəskin respirator infeksiyalar, o cümlədən qrip, insan metapnevmovirusu və rinovirus Çin daxilində aktiv şəkildə yayılır”, - məlumatda qeyd olunub.
Bildirilib ki, 14 yaşa qədər uşaqlar arasında metapnevmovirusa yoluxma halları artır. Ölkənin şimal əyalətlərində yoluxma tendensiyasının yüksəlməsi daha aydın görünür.
Həkimlərin dediyinə görə, metapnevmovirus yuxarı və aşağı tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunur. Adətən burun axması, öskürək və qızdırma ilə kəskin respirator infeksiya şəklində baş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















