Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Çində sosial şəbəkələrin tənzimlənməsi mexanizmləri

Çində sosial şəbəkələrin tənzimlənməsi mexanizmləri

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Çin Xalq Respublikasında (ÇXR) rəsmi fikir budur ki, ABŞ və digər Qərb ölkələrindən idarə edilən sosial şəbəkə platformaları hədəf dövlətlərin suverenliyinə təhdidlər yaradır. Bu baxımdan, sosial şəbəkələrin milli seqmentinin Çinin dövlət qurumlarının nəzarəti altında saxlanılması, yaxud, alternativ olaraq milli platformaların qurulması məqbul sayılır.

Ölkədə “Google”, “Facebook”, “YouTube”, “Instagram” kimi beynəlxalq platformaların fəaliyyəti məhdudlaşdırılıb (https://en.wikipedia.org/wiki/Internet_censorship_in_China ). Onların yerinə milli, alternativ platformalar inkişaf etdirilib. Milli şəbəkələrdən olan “WeChat” 1,3 milyard istifadəçi ilə ölkədə əsas mesajlaşma və ödəniş platformasıdır. “Weibo” - mikroblog xidmətləri, “Douyin” – qısa video paylaşımı, “Baidu” – axtarış sistemi kimi fəaliyyət göstərən milli platformalardır. Milli platformaların mövcudluğu sosial şəbəkələr üzərində dövlətin nəzarətini asanlaşdırır. Həmçinin, Çinin sosial şəbəkə mövzusunda texnoloji müstəqilliyini gücləndirir ( https://www.digitalmarketingforasia.com/most-popular-social-media-in-apac/ ).

Statistik göstəricilər

Çin dünyada ən çox internet istifadəçisinə malik olan ölkədir. CNNIC-nin (China Internet Network Information Center) 2024-cü il üzrə hesabatında göstərilir ki, ölkədə internet istifadəçilərinin sayı 1 milyar 90 milyon nəfər olub. Onlardan 1 milyard 60 milyon nəfəri sosial media istifadəçisidir. Bu, ümumi əhalinin 74,2 faizini təşkil edir. Ən çox istifadə olunan platformalar: “WeChat” (1,3 mlrd nəfər), “Douyin” (“TikTok”un Çin versiyası – 750 mln nəfər), “Weibo” (600 mln), “Xiaohongshu” (200 mln) platformalarıdır ( https://en.wikipedia.org/wiki/Internet_in_China ).

Şəbəkələr üzərindən yayılan məzmunda riskləri minimuma endirmək üçün müxtəlif hüquqi aktlar və inzibati mexanizmlər tətbiq edilir. Eyni zamanda, güclü texnoloji nəzarət sistemi yaradılıb. Analitiklər bildirirlər ki, dezinformasiya və saxta xəbərlərlə mübarizə, kiber cinayətkarlıq, terror təbliğatı və fərdi məlumatların oğurlanması hallarının qarşısını almaq üçün yaradılan Çin modeli effektivdir. Amma sərt tənzimləmə modeli olduğu üçün tənqidlərə məruz qalırlar.

Tənzimləmə üçün hüquqi əsaslar və inzibati mexanizmlər

Çində sosial şəbəkələrin və onlayn məzmunun tənzimlənməsi bir neçə əsas qanun üzərində qurulub. “Kibertəhlükəsizlik Qanunu” (Cybersecurity Law, 2017) – internet provayderlərinə və sosial media platformalarına məlumatların lokalizasiyası, təhlükəsizlik yoxlamaları və dezinformasiya ilə mübarizə sahəsində öhdəliklər qoyur. Qanunun 47-ci maddəsinə görə, şəbəkə operatorları “zərərli informasiya” aşkar etdikdə onu dərhal silməli və ya digər müvafiq dövlət orqanlarına bildirməlidirlər.

“Məlumatların təhlükəsizliyi Qanunu” (Data Security Law, 2021) məlumatların “adi”, “əhəmiyyətli” və “xüsusi strateji” kateqoriyalar üzrə təsnifatlaşdırılmasını nəzərdə tutur. Strateji məlumatların xaricə ötürülməsi bu qanuna görə ciddi sanksiyalar doğurur. “Şəxsi məlumatların qorunması Qanunu” (PIPL, 2021) isə şəbəkə istifadəçilərinin fərdi məlumatlarının yalnız yerli idarələrin razılığı ilə toplanmasını və emalını nəzərdə tutur.

“Şəbəkələrdə məlumatların təhlükəsizliyinin idarəetmə Qaydaları” (Regulations on Network Data Security Management, 2025) özündən əvvəlki qanunları (CSL, DSL və PIPL ) daha da konkretləşdirərək sosial şəbəkələrdə məlumatların idarə edilməsinə dair texniki standartları müəyyən edir. Bu qaydalar Cinayət Məcəlləsi-nin məzmununa da təsir edir. Məcəllənin 291.1 –ci maddəsi sosial şəbəkələrdə yalan xəbərlərin və təhlükəli məlumatların yayılmasına görə cəzaları müəyyən edir. Həmin maddə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur (https://iapp.org/news/a/china-issues-the-regulations-on-network-data-security-management-what-s-important-to-know).

Çində sosial şəbəkələrin tənzimlənməsini həyata keçirmək üçün inzibati idarələr də yaradılıb. Belə səlahiyyət bir neçə dövlət qurumuna verilib. Cyberspace Administration of China (CAC) – internet məzmununun monitorinqi və senzurasına cavabdehdir. İctimai Təhlükəsizlik Nazirliyi isə kiber cinayətkarlıq və dezinformasiya halları ilə mübarizə aparmaq səlahiyyətinə malikdir. CNNIC – domenlərin idarə olunması, internet tədqiqatları və statistik məlumatların toplanmasını həyata keçirir.

“Böyük Çin Firewall”ı

Çin hökuməti onlayn mühitə, xüsusilə, sosial şəbəkələrənəzarət üçün “Great Firewall” adlanan unikal texnoloji nəzarət sistemini tətbiq edir. Bu mexanizmlə Qərb platformalarına (Facebook, YouTube, X, Instagram) giriş məhdudlaşdırıla bilir. Mexanizm belədir ki, 2024-cü ildən etibarən “Milli rəqəmsal ID sistemi” formalaşdırılıb. Sistemə əsasən, sosial şəbəkə istifadəçiləri hesab açmaq üçün şəxsiyyət vəsiqəsi məlumatlarını təqdim etməlidirlər. Bundan sonra sosial şəbəkələrdə unikal dövlət identifikatoru ilə qeydiyyatdan keçə bilərlər.

Paralel olaraq, sosial şəbəkələrdə yayılan məzmun açar sözlər vasitəsilə filtirdən keçirilir. Çin hökuməti bu texnologiya vasitəsilə hər il dezinformasiya ilə bağlı statistik hesabatlar açıqlayır. 2023-cü il üçün məlumatlara görə, təhlükəsizlik orqanları 80 min saxta xəbəri aşkar ediblər. 735 min şayiə xarakterli məqalə onlayn platformalardan silinib. 1.500 nəfər həbs olunub, 10 min nəfərə yaxın şəxsə inzibati cəza tətbiq edilib. “Weibo” və “Douyin” kimi platformalar isə şayiə xarakterli məlumatı yayan hesabları avtomatik bloklayan alqoritmlərdən istifadə edirlər.

Beynəlxalq baxış

Beynəlxalq təşkilatlar Çinin sosial şəbəkələr üzərində sərt nəzarətini söz azadlığına məhdudiyyət kimi qiymətləndirirlər. “Sərhədsiz Reportyorlar” təşkilatı (Reporters Without Borders) Çini “internetin düşməni” adlandırır ( https://brf.be/international/351805/). ABŞ Dövlət Departamenti dəfələrlə “Great Firewall” sistemini tənqid edib ( https://foreignpolicy.com/2016/04/14/chinese-censorship-trade-barrier-great-firewall-ustr-business-trade-internet/). Lakin Çin hökuməti bu addımları milli təhlükəsizliyin qorunması və ictimai sabitliyin təmin edilməsi üçün zəruri sayır.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Sentyabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri