Çində süni intellektin təhsilə inteqrasiyası genişləndirilir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 aprel, AZƏRTAC
Çin texnoloji inkişafı sürətləndirmək və iqtisadiyyatını rəqəmsallaşan gələcəyə uyğunlaşdırmaq istiqamətində süni intellektin erkən mərhələdən təhsil sisteminə inteqrasiyasını nəzərdə tutan “Sİ Plus Təhsil” təşəbbüsünü həyata keçirməyi planlaşdırır.
AZƏRTAC Çinin Sinxua agenltiyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, təşəbbüs çərçivəsində süni intellekt texnologiyalarının məktəblərdə tətbiqi genişləndiriləcək və şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək.
Qeyd olunub ki, Çin 2030-cu ilə qədər təhsilin bütün səviyyələrini əhatə edən və daha geniş ictimaiyyət üçün əlçatan olan hərtərəfli süni intellekt təhsili sistemi formalaşdırmağı hədəfləyir. Bu addım ölkənin innovasiya potensialını gücləndirməyə və rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirməyə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Aprel 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















