Icma.az
close
up
RU
Çində vəziyyət çətinləşir Hazırlıq başladı, 2025ci ildə...

Çində vəziyyət çətinləşir Hazırlıq başladı, 2025ci ildə...

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pekin ABŞ-ın Çinə qarşı yeni iqtisadi sanksiyalarına hazırlaşır. “The Wall Street Journal” Pekində Ukrayna müharibəsinə görə Qərbin Rusiyaya qarşı sanksiyaların təsirlərinin öyrənildiyini yazıb. Bu məqsədlə hazırlanan hesabatlar mütəmadi olaraq Çin rəhbərliyinə təqdim edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Pekin bununla Qərbin Çinə qarşı mümkün sanksiyalarının hansı təsirlərə gətirib çıxara biləcəyini özü üçün müəyyənləşdirməyə çalışır:

“Çünki Çin Tayvanı ələ keçirməyə başlayarsa, Qərbin bu ölkəyə qarşı sanksiyaları özünü çox gözlətməyəcək. Ancaq Tayvan ətrafında vəziyyət gərginləşmədən də Vaşinqton Çinə qarşı növbəti sanksiyaların tətbiqinə hazırlaşır. Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Çin mallarına gömrük tariflərini artırmağı planlaşdırır. O, ötən prezidentlik müddətində də bu siyasətə üstünlük verib. Hazırkı Prezident Co Bayden Trampın Çinə qarşı siyasətini davam etdirib.

Çinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən yeganə qazancı Rusiyanın neft-qazı ucuz qiymətə alması olub. Bu müharibə Çinə əlavə iqtisadi problemlər yaradıb. Qərb sanksiyalarından ehtiyat edən Çin bankları Rusiya bankları ilə əməkdaşlıqdan ehtiyat edirlər. Çin Rusiyanın “Qazprombank”ının “Union Pay” kartları üzrə nəğd ödəmələri dayandırıb.

Bu arada, Çin iqtisadiyyatında tənəzzül davam edir, daşınmaz əmlak investisiyaları ölkənin bank sistemini böhrana salıb. Vətəndaşlar bank hesablarından vəsait çıxarmaqda çətinlik çəkirlər. Bank kartı istifadəçilərinin bir qisminə limitlər qoyulub. Bu da ipoteka, avtomobil kreditləri, məktəb haqları və ya təcili tibbi yardım xərclərinin ödənilməsi kimi gündəlik həyatda problemlər yaradır. Böyük şirkətlərin işçilərinə maaş ödənilməsində də problemlər yaranıb. Çünki şirkətlər maaşları ödəmək üçün banklardan pul çəkməlidirlər”.

“Atlas” bildirir ki, mövcud vəziyyətə baxmayaraq, Çin Xalq Bankının 2025-ci ildə iqtisadi aktivliyi stimullaşdıran siyasəti davam etdirəcəyi xəbəri yayılıb:

“Bank şirkətlər və ev sahiblərinin maliyyələşdirmə xərclərini daha da azaltmaq üçün tədbirlər görəcək. Ancaq Çində banklara olan etibarın azalması səbəbindən Çin Xalq Bankının fəaliyyət planını həyata keçirmək çətin olacaq. Buna baxmayaraq, Çin Xalq Bankı istehlak kreditləşməsi və daşınmaz əmlak bazarlarının sabitliyini təmin etmək üçün əlindəki imkanlardan istifadə etməyə çalışacaq. Bank istiqraz ticarətini bərpa edəcək. Bütün hallarda 2025 Çin iqtisadiyyatı üçün ciddi çağırış ili olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see396

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see255

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see241

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see227

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see225

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see214

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see206

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see203

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see203

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see202

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see202

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see200

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see199

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see196

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see194

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see193

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see191

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see186

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see181

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri