Çindən ABŞ yə sərt cavab
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Çin Xalq Respublikası Xarici İşlər Nazirliyi ABŞ-nin aparıcı texnologiya rəhbərlərinin ("Anthropic" rəhbəri Dario Amodei və "OpenAI" rəhbəri Sam Altman) süni intellektin inkişaf tempini yavaşlatmaq barədə çağırışlarına sərt cavab verib. Pekin bu bəyanatları qlobal miqyasda "qorxulu ssenarilər və çaxnaşma yaratmaq" cəhdi kimi qiymətləndirərək təklifi qətiyyətlə rədd edib.
“Yeni Sabah” xəbər verir ki, Çin XİN-in rəsmi nümayəndəsi Quo Jiakun keçirdiyi mətbuat konfransında bildirib ki, süni intellekt bütün bəşəriyyətin ortaq rifahına xidmət etməlidir:
"Süni intellekt sahəsində qorxunun alovlandırılması, qarşıdurma yaratmaq və qərəzli rəqabətə girişmək qlobal idarəetmə prosesini pozacaq və heç bir tərəfin maraqlarına cavab verməyəcək. Bütün tərəflər texnologiyanın açıq, inklüziv və hər kəs üçün faydalı inkişafını təmin etməlidirlər.", — deyə Çin rəsmisi vurğulayıb. Dominos pizza
Eyni zamanda, Çin mediası və yerli ekspertlər amerikalı rəhbərlərin bu təşəbbüsünü Pekinin texnoloji yüksəlişini ləngitməyə yönəlmiş "Soyuq müharibə taktikası" və bazarda monopoliyanı qorumaq cəhdi adlandırıblar. Analitiklər hesab edirlər ki, Qərbin təhlükəsizlik narahatlıqlarına rəğmən, Çinin süni intellekt poytasında geri addım atmaq niyyətində olmaması iki qütb arasında texnoloji rəqabəti daha da kəskinləşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Sentyabr 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















