Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Qlobal güc balansı: Azərbaycanın beynəlxalq təşkilatlardakı rolu

Qlobal güc balansı: Azərbaycanın beynəlxalq təşkilatlardakı rolu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin güclənməsi, yeni güc mərkəzlərinin meydana çıxması və dövlətlərarası münasibətlərin yenidən formalaşması dünya nizamının gələcəyi ilə bağlı mühüm suallar yaradır. Türk Dövlətləri Təşkilatı (TDT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Qoşulmama Hərəkatı (QH) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi platformalar dövlətlərin ortaq maraqlarını müdafiə etmək, siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək, eləcə də beynəlxalq proseslərdə təsir imkanlarını artırmaq baxımından diqqət çəkir.

Lakin bu təşkilatların artan əhəmiyyəti onların qlobal güc balansını nə dərəcədə dəyişə bildiyi, üzv dövlətlərin fərqli maraqlarını necə uzlaşdırdığı və böyük güclər arasındakı rəqabət şəraitində hansı imkanlara malik olduğu suallarını da gündəmə gətirir. Bu baxımdan, Azərbaycanın həmin platformalarla əməkdaşlığı, milli maraqlarının qorunması və dəyişən dünya nizamında strateji mövqeyinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspertə üç istiqamətdə suallar ünvanladıq.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə doktoru, politoloq Hüseyn İbrahimli “XQ”nin mövzu ilə bağlı suallarını cavablandırıb.

- Qlobal güc balansı: TDT, ŞƏT, QH və İƏT kimi təşkilatlar multipolyar dünya nizamının formalaşmasına real təsir göstərə bilirlərmi? 

-İlk növbədə qeyd etmək lazımdır ki, müasir dünya nizamında Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar öz rollarını və mövqelərini müəyyənləşdirmiş təsisatlardır. Bu təşkilatların müasir qlobal dünyada rolunun artması olduqca aktual və zəruri məsələlərdəndir.

Xüsusilə Türk Dövlətləri Təşkilatının həmrəyliyi və birgə əməkdaşlığı istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də qurumun institusional inkişafı prosesində Azərbaycanın, Türkiyənin və digər türk dövlətlərinin mühüm rolu olub. Görünən odur ki, təşkilat getdikcə daha da institusionallaşır. Onun fəaliyyəti sosial, mədəni, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini əhatə edir.
Qoşulmama Hərəkatının fəaliyyəti çərçivəsində də neokolonializm meyillərinə qarşı mübarizə, dünyada sülhün və ədalətin qorunması, yeni münaqişə ocaqlarının qarşısının alınması kimi məsələlər ön plandadır. Bu təşkilatların və üzv dövlətlərin fəaliyyəti beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət daşıyır.

- Bu təşkilatların ortaq maraqları böyük güclərin geosiyasi rəqabəti fonunda nə dərəcədə uzlaşır və onların təsirini məhdudlaşdıran əsas amillər hansılardır?

-Hesab etmək olar ki, bu təşkilatlarda təmsil olunan dövlətlər fərqli maraqlara malikdirlər. Bəzən elə dövlətlər var ki, eyni təşkilatda təmsil olunmalarına baxmayaraq, aralarında soyuq münasibətlər hökm sürür və ya belə münasibətlər yaranmağa başlayır.
Belə şəraitdə dialoq mühitinin və mədəniyyətlərarası dialoqun təşviqi, sülhün əldə edilməsi təcrübəsinin bölüşülməsi, kompromis imkanlarının axtarılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da bu prinsipləri dünyaya ötürməklə yanaşı, həmin təşkilatların daxilində təmsil olunan dövlətlər arasında daha praqmatik təkliflərlə çıxış edir.

Azərbaycan dövlətinin başçısının xarici siyasəti aydın ideoloji prinsiplər üzərində qurulur. Burada dialoq mədəniyyəti, sülhün əldə olunması və möhkəmləndirilməsi, kompromis və iqtisadi əməkdaşlığın gücləndirilməsi kimi amillər həmişə ön plandadır. Qeyd olunan təşkilatların platformalarına nəzər yetirdikdə görürük ki, əsas müzakirələr də məhz bu mühüm prinsiplər ətrafında aparılır.

-Azərbaycan bu təşkilatlar arasındakı əməkdaşlıq imkanlarından necə istifadə edir? Eyni zamanda, böyük güclər arasında öz milli maraqlarını və xarici siyasət müstəqilliyini necə qorumalıdır?

- Azərbaycanın bu təşkilatların fəaliyyətində iştirakı bu gün olduqca aktual məsələlərdəndir. Qeyd etmək lazımdır ki, ölkəmiz bu təşkilatların bir çoxunda mühüm aktor kimi iştirak edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın mövqeyi kifayət qədər güclüdür. Bu, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurları kontekstində qiymətləndirilməlidir.

Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə isə Azərbaycan bu qurumla dialoq mühiti çərçivəsində fəaliyyətini davam etdirir. Bu fəaliyyət kontekstində ölkəmizin beynəlxalq platformalarda fəallığı və dialoq təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti də xüsusi diqqətə layiqdir. Ölkəmizin bu quruma sədrlik etdiyi dövrdə beynəlxalq dialoqun inkişafı, qlobal problemlərin müzakirəsi və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürülüb. Bakıda keçirilən tədbirlərdə Azərbaycanın rolu və mövqeyi həmişə ön planda olub. Ölkəmiz bu istiqamətdə ardıcıl və sistemli şəkildə beynəlxalq əlaqələrini qurur.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycan həmişə fəal ölkələrdən biri olub. Bu təşkilatın fəaliyyəti çərçivəsində keçirilən sammitlər, görüşlər və konfranslar üzv dövlətlər arasında münasibətlərin daha sıx qurulmasına, sabitliyin təmin edilməsinə, kompromis imkanlarının axtarılmasına və birgə əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Azərbaycan bu təşkilatda da fəal mövqeyi ilə seçilib və bir çox hallarda beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Dövlət başçısı tərəfindən bu təşkilatların beynəlxalq platformalarında dünya ictimaiyyətinə mühüm, aktual və yeni ideyalar, yanaşmalar təqdim olunub. Azərbaycan bu prinsipləri yalnız qlobal kürsülərdə müzakirə mövzusuna çevirməklə kifayətlənmir, həm də daxili siyasətində və ikitərəfli xarici siyasət platformalarında həyata keçirməyə çalışır.

Dövlətlərin təşkilatlar çərçivəsində bir araya gələrək vahid platformada təmsil olunmaları, təbii ki, müsbət haldır. Lakin bu əməkdaşlığın ikitərəfli münasibətlər formatında da davam etdirilməsi həmin təşkilatların gələcəkdə rolunun və təsir imkanlarının artması baxımından əhəmiyyətlidir.

Azərbaycan bu gün qlobal dünyanın mürəkkəb tendensiyalarının uzlaşdırılması, kompromis və tolerantlığın təşviqi, eləcə də müharibələrin qarşısının alınması istiqamətində yeni modellər təklif edir. Bütün bunlara dövlətimizin başçısının uzun illər ərzində əzmlə və ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyət nəticəsində nail olmuşuq.

Digər mühüm məsələ azərbaycançılıq ideologiyasıdır. Azərbaycan milli-mədəni və dini müxtəlifliyi ilə seçilən, müxtəlif xalqları özündə birləşdirən dövlətdir. Bu baxımdan daxili və xarici siyasətdə azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi mexanizmlərini həm elmi tədqiqatlarda, həm də siyasətdə genişləndirməliyik.

Azərbaycançılıq özündə multikulturalizm, tolerantlıq, kompromis, ədalətli sülh, həmrəylik və mədəniyyətlərarası dialoq kimi mühüm prinsipləri birləşdirən ideologiyadır. Buna görə də azərbaycançılığı xarici siyasət prioritetlərimizdən birinə çevirməliyik. Düşünürəm ki, milli ideologiyamız ölkəmizin xarici siyasət prioritetləri sırasında öz mövqeyini möhkəmləndirir və inkişaf edir.

Südabə MƏTANƏTLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri