Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası nəticəsində ölənlərin sayı 5 minə yaxınlaşıb. Ölkədə indiyədək 10 mindən çox yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Milli İctimai Səhiyyə İnstitutu hesabat təqdim edib. Bildirilib ki, ölkədə 10 min 274 təsdiqlənmiş yoluxma və 4 min 992 ölüm halı qeydə alınıb. Ölüm səviyyəsi 48,6 faiz təşkil edib. Epidemiya ölkənin 26 əyalətindən səkkizinə, ümumilikdə 67 səhiyyə zonasına yayılıb.
Yerli səhiyyə mənbələrinin məlumatına görə, Beni şəhərindəki Ebola müalicə mərkəzində 72 saatdan az müddətdə 3 həkim xəstəlikdən həyatını itirib. Şimali Kivu əyalətində 2391 yoluxma və 1341 ölüm halı qeydə alınıb.
Hesabatda bildirilib ki, müalicə müəssisələrinin doluluq səviyyəsi 86,3 faizə çatıb.
Qeyd edək ki, mayın 15-də elan edilən və “Bundibuqyo” Ebola virusunun səbəb olduğu epidemiya miqyasına görə dünyada qeydə alınmış ikinci ən böyük Ebola epidemiyası hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 30 Oktyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















