Çindən işlənmiş avtomobil ixracında REKORD
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çin 2024-cü ildə təxminən 400 000 işlənmiş avtomobil ixrac edib ki, bu da əvvəlki illə müqayisədə rekord - 45% çoxdur.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei” müvafiq ticarət strukturlarının məlumatlarını ümumiləşdirərək yazıb.
Qeyd olunub ki, işlənmiş Çin avtomobillərinə ən çox maraq Mərkəzi Asiya ölkələri və Rusiyada göstərilir.
Xüsusilə, Qırğızıstan, Rusiya və Özbəkistan Çindən tədarük edilən bütün işlənmiş avtomobillərin təxminən 50%-ni təşkil edib.
Nəşr bildirib ki, 2023-cü ildə Çin Yaponiyanı keçərək dünyanın aparıcı yeni avtomobil ixracatçısı olub. Həmin vaxt xaricə ümumilikdə 4,91 milyon avtomobil göndərilib ki, bu da əvvəlki illə müqayisədə 57,9% çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Yanvar 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















