Qonşusu ilə zarafat etmək istədi, vurub öldürdü
Icma.az bildirir, Bizim media portalına istinadən.
Türkiyənin Ərzurum şəhərində baş verən faciəli hadisə nəticəsində 23 yaşlı gənc həyatını itirib.
Bizim Media xəbər verir ki, NTV-nin məlumatına görə, hadisə şəhərin Kevelciler küçəsində yerləşən gəlinlik mağazasında baş verib.
Mağazanın sahibi, 43 yaşlı Hakkıhan G. qonşu obyektin sahibi Emirhan Kabanlı ilə söhbət edərkən əlindəki tüfəngi ona tuşlayıb. O, silahın boş olduğunu desə də, tətiyi çəkdikdə tüfəng açılıb.
Qarnından güllə yarası alan 23 yaşlı Emirhan Kabanlı yerə yıxılıb. Ətrafdakı şəxslər və şübhəli ona ilkin yardım göstərərək gənci şəxsi avtomobillə Ərzurum Şəhər Xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə mağazanın təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə şübhəlinin tüfəngi gəncə tuşlaması və atəş açıldıqdan sonra onun yerə yıxılması əks olunub.
Polis hadisədə istifadə edilən tüfəngi götürərək Hakkıhan G.-ni saxlayıb. O, tibbi müayinədən keçirildikdən sonra ifadəsinin alınması üçün Ərzurum Polis İdarəsinə aparılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media
Baxış sayı:61
Bu xəbər 07 Noyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















