Misirdən gözlənilməz hərbi qərar: Bu ölkəyə qoşun göndərir
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, qanunverici orqan Prezident Əbdülfəttah əs-Sisiyə Səudiyyə Ərəbistanına müdafiə qüvvələri göndərmək səlahiyyəti verən qanunu qəbul edib.
Bildirilir ki, qərar Ər-Riyadın husilərin hücumlarından sonra Qahirəyə hərbi yardım üçün müraciət etməsi ilə əlaqədardır.
Qərar Misirin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə hərbi dəstək göstərməsi üçün hüquqi əsas yaradır. Bununla belə, göndəriləcək qüvvələrin sayı, yerləşdiriləcəyi ərazilər və əməliyyatın müddəti barədə məlumat verilməyib.
Misir Prezidenti daha əvvəl bəyan edib ki, mümkün hərbi missiya yalnız Səudiyyə Ərəbistanının ərazilərinin və sərhədlərinin müdafiəsinə yönələcək, Yəmənə hücum məqsədi daşımayacaq.
Misir parlamentinin qərarı deputatların səsçoxluğu ilə qəbul olunub. Qahirə eyni zamanda regionda gərginliyin diplomatik yollarla azaldılmasının vacibliyini vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Oktyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















