Çinə səfər etmək istəyənlərə ŞAD XƏBƏR: viza rejiminin ləğvi TƏSDİQLƏNDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi təsdiqlənib.
Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunması ilə bağlı ötən ay Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Saziş imzalanıb.
Baxış sayı:142
Bu xəbər 30 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















