Icma.az
close
up
RU
İnternetdə axtarışa görə cərimələndi

İnternetdə axtarışa görə cərimələndi

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Kamensk-Ural şəhər məhkəməsi 20 yaşlı Sergey Qluxixə “ekstremist materialların qəsdən axtarışı” haqqında yeni maddə üzrə 3 min rubl cərimə təyin edib.

Ölkə.az xəbər verir ki, bu barədə “Mediazona” portalı məlumat yayıb.

Polisin versiyasına görə, 24 sentyabrda Qluxix işə gedərkən avtobusda axtarış sisteminə “Azov” sözünü yazıb. Tərtib olunan protokolda sorğunun dəqiq vaxtı və yeri göstərilib, lakin hüquq-mühafizə orqanlarının bu məlumatları hansı yolla əldə etdiyi izah olunmur. Formal əsas “məlum olmayan şəxs”dən daxil olan şikayət göstərilib, halbuki Daxili İşlər Nazirliyinin daxili sənədləri müraciətin təşəbbüskarı kimi FTX əməkdaşlarını işarə edir.

Məhkəmə iclasında FTX nümayəndəsi etiraf edib ki, Sergey Qluxix uzun müddətdir qurumun “nəzər sahəsində” olub və onun barəsində operativ tədbirlər görülüb. Lakin güc strukturları onun axtarış sorğularına dair məlumatın mənbəyini açıqlamaqdan imtina ediblər.

1 sentyabr tarixindən Rusiyada “ekstremist hesab olunan materialların qəsdən axtarışı”na görə 3–5 min rubl məbləğində cərimə tətbiq olunur. Qluxix barəsində tərtib olunan protokol haqda ilk dəfə noyabrda məlum olub – o zaman məhkəmə sənədi yenidən işlənmək üçün geri qaytarıb. Protokolun ilk variantında “Azov” və “Rus Könüllü Korpusu” (Русский добровольческий корпус) sorğuları göstərilirdi, lakin yeni redaksiyada yalnız bir söz - “Azov” saxlanılıb.

Vəkillər israr edirdilər ki, ittiham tərəfi Sergey Qluxixin məhz “Azov”un simvolikasını axtardığını sübut edə bilməyib.

Bundan əvvəl Sverdlovsk vilayətinin polisi Qluxixə qarşı “ekstremist material axtarışı” ittihamı irəli sürməyə cəhd edərkən reyestrləri səhv salmış və tamam başqa siyahıya istinad etmişdi.(musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Dekabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri