Icma.az
close
up
RU
Ərdoğannın başqa seçimi qalmadı: Yeganə çıxış yolu müharibədir...

Ərdoğannın başqa seçimi qalmadı: Yeganə çıxış yolu müharibədir...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Suriya Demokratik Qüvvələri (SDQ) ilə Ankara arasında gərginlik son günlərdə təhlükəli həddə çatıb. Suriyanın yeni hakimiyyətinin 8 dekabrda birilliyini qeyd etdiyi bir vaxtda Türkiyə–SDQ xəttində qarşıdurma açıq hərbi siqnallar mərhələsinə keçib.

Globalinfo.az xəbər verir ki, Türkiyə SDQ-nin 10 martda Dəməşqlə imzaladığı “Terrorsuz Türkiyə” prosesinə dair razılaşmanı icra etməsini tələb kimi irəli sürür.

Sənəd PKK və onun bütün qollarının tərksilah olunmasını nəzərdə tutur. Ankara əvvəlcədən bildirmişdi ki, SDQ-nin Suriya ordusuna inteqrasiya prosesi 2025-ci ilin sonunadək tamamlanmalıdır, əks halda hərbi əməliyyatlar bərpa ediləcək.

Son iki gün ərzində Türkiyənin verdiyi siqnallar göstərir ki, əməliyyat istənilən an başlaya bilər. Türk mediasının məlumatına görə, ordu Suriya ərazisinə üç istiqamətdən daxil olub, Dəməşq qüvvələri isə SDQ ilə təmas xəttinin əsas nöqtəsi sayılan Deyr əz-Zora cəmləşib.

Hazırda rəsmi Dəməşq Ankaraa ilə dost olsa da, Türkiyənin bölgədə güclənməsinə qarşı çıxan əsas qüvvələrdən biri İsraildir. İsrail son aylarda SDQ ilə birbaşa təmas qurub. Hər iki ölkənin ABŞ-ın müttəfiqi olması isə prosesin mürəkkəbliyini daha da artırır.

Eyni vaxtda SDQ-nin nümayəndəsi İlham Əhməd İstanbulda DEM partiyasının konfransına videobağlantı ilə çıxış edib. O bildirib ki, “Terrorsuz Türkiyə” prosesi SDQ-yə aid deyil. Ona görə də, Ankara Dəməşq üzərindən yox, birbaşa SDQ ilə danışıqlar aparmalıdır.

SDQ lideri Mazlum Abdi isə “Jerusalem Post” qəzetinə müsahibəsində təşkilatın Şaara hökuməti ilə əməkdaşlığa hazır olduğunu deyib. Həmin məqalədə Abdi İsrailin dəstəyi ilə əməkdaşlığa açıq olduğunu vurğulayıb və ABŞ qoşunlarının Suriyada qalmasının vacibliyini qeyd edib.

Türkiyə siyasi dairələrində hesab edirlər ki, “Terrorsuz Türkiyə” prosesi də uğursuz olarsa, yeni bir siyasi cəhd baş verməyəcək. O zaman Ankara PKK və SDQ ilə yalnız hərbi dildə danışacaq. Yəni Suriya Demokratik Qüvvələri tərksilah edilməsə, əməliyyat qaçılmaz olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri